?>
Avropa Xəbərləri - Hollandiya

Hollandiya məscidləri gizli şəkildə izləyir

Hollandiya məscidləri gizli şəkildə izləyir

Hollandiya Müsəlmanları, bu qalmaqalı tənqid edərək bildiriblər ki, belə addımlar Müsəlman Birliyinin Hollandiya hökumətinə olan etibarını sarsıltır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Hollandiyanın NRC qəzeti, ölkədə 10 -dan çox bələdiyyənin NTA vasitəsi ilə məscidləri, imamları və Müsəlman Dərnəyinin üzvlərini araşdırdığını bildirib.

Hollandiya qəzetinin yazdığına görə, agentlik Hollandiya hökumətinin təhlükəsizlik və terrorizmlə mübarizə koordinatorunun müavinindən pul alıb və bu günə qədər gizli istintaqa təxminən 350 min dollar xərcləyib. NTA agentləri qeyd olunan məscidlərdə ibadət edənlər, dərnək rəhbərləri, din alimlərini məxfi istinaqa cəlb ediblər.

Bu arada Hollandiya Müsəlmanları, bu qalmaqalı tənqid edərək bildiriblər ki, belə addımlar Müsəlman Birliyinin Hollandiya hökumətinə olan etibarını sarsıltır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*