?>

"Hökumətin qərarları əhalinin yoxsullaşmasına səbəb olur”

Azərbaycanlı iqtisadçı-ekspert bəyan edib ki, qiymətlərin artırılması yolu ilə itirilən vəsait, əhalinin cibindən çıxarılır.

ABNA24 Xəbər Verir, Natiq Cəfərli Tarif Şurasının qərarı ilə bağlı açıqlamasında deyib: “Hökumət, bu qərarı dünya bazarlarında gedən proseslərlə əlaqələndirsə də, bu məntiq doğru deyil, hətta çox absurddur. Çünki, Azərbaycan idxalçı ölkə deyil, ixracatçı ölkədir. Ölkəmiz nefti, qazı və elektrik enerjisini idxal etmədiyi üçün dünya bazarlarında gedən proseslərlə əlaqədar qiymət dəyişlikliyinə getmək məcburiyyətində deyil. Son dövrlərdə isə qaz ixracatını sürətlə artıran bir ölkəyə çevrilməkdədir”.

Ekspertin sözlərinə görə, sadəcə hökumət dünya bazarlarında baş verən prosesləri bəhanə edərək, Tarif Şuası vasitəsilə əhalinin sosial vəziyyətini düşünmədən belə bir qərarlar verir və nəticə etibarı ilə əhalinin yoxsullaşmasına səbəb olur.

N.Cəfərli düşünür ki, dövlətə pulsuz verilən qazın əhaliyə yönəltmək əvəzinə, qiymətləri qaldırmaq və bunu dünya bazarları ilə əlaqələndirmək məntiqə uyğun deyil.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*