?>
Qarabağ İslam Torğaıdır

Höccətül İslam, şəhid M. Səfərov döyüş bölgəsində əsgərlərlə birlikdə Hz. Fatiməi Zəhraya matəm saxlayır – Video

Qum Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi Ruhani Maarif Səfərov, Salare Şəhidan İmam Hüseynə (ə) iqtida edərək, döyüş zamanı bir çox rayonların işğaldan azad edilməsində birbaşa iştirak etmiş və qəhrəmanlıq göstərmişdir.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, işğalçı Ermənistan qüvvələrinin Azərbaycan əleyhinə başlatdığı İkinci Qarabağ Müharibəsi zamanı İslam Torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə xeyli sayda Şiə ruhanisi və Hüseynçilər Şəhid olub və yaralanmışlar...

Şəhid olan Şiə Ruhanilərindən biri də Qum Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi Höccətül İslam Maarif Səfərovdur.

Cəlilabad rayonundan olan Ruhani Maarif Səfərov hələ iyul ayında Tovuz istiqamətində mənfur düşmənin növbəti təxribatı zamanı könüllü olaraq xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. İkinci Qarabağ müharibəsində isə onun bu arzusu reallaşdı.

Qum Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi Ruhani Maarif Səfərov, Salare Şəhidan İmam Hüseynə (ə) iqtida edərək, döyüş zamanı bir çox rayonların işğaldan azad edilməsində birbaşa iştirak etmiş və qəhrəmanlıq göstərmişdir.

O, hər zaman əsgərlərə vətənin keşiyində layiqli durmaq üçün pak olan İslam Dini təbliğ edir, Allah təalaya ibadət etməyi, namaz qılıb Qurana, Peyğəmbər və Onun pak Əhli Beytinə (ə) təvəssül etməyi tövsüyə edərmiş...

Şəhidin atası Mikayıl Səfərov övladı ilə bağlı danışarkən bildirib ki, Maarif Murov dağında xidmətdə olarkən General-mayor Polad Həşimov onun komandiri olub. Komandirinin şəhid olması xəbəri Maarifi çox sarsıtmışdı.

Mikayıl Səfərov həmçinin əlavə edib ki, Maarif müharibə zamanı öz əsgər yoldaşlarına şəhadətin necə şərəfli bir zirvə olduğunu və düşmən tapdağında olan torpaqların geri qaytarılmasının labüd olduğunu izah edib.

Maarifin anası Tamara xanım da oğlu ilə bağlı danışarkən bildirib ki, Maarif çox gülərüz, mehriban, dininə bağlı və vətənpərvər bir gənc olub.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəјə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*