?>

Hizbullah Bağdaddakı partlayışı pisləyib

Hizbullah Bağdaddakı partlayışı pisləyib

Lvan Hizbullah hərəkatı Ərəfə günündə və səadətli Qurban bayramı ərəfəsində günahsız İraq vətəndaşlarını hədəfə alan bu ölkənin Bağdad şəhərinin Sədr qəsəbəsində törədilən terror partlayışını pisləyib.

ABNA24 Xəbər Verir, Hizbullah bu gün bir bəyanatda vurğulayıb ki, iraqlıların birliyi bu cinayətlərə qətiyyətli cavabdır.

Hizbullahın bəyanatında deyilir ki, bu qorxaqcasına hərəkət terrorçu və təkfirçi təşkilatların və onların regional və beynəlxalq himayədarlarının törətdikləri qətl, qırğın və cinayət siyasətinə qayıdışdır və yalnız İraq xalqına zərər və xəsarət vurmaq məqsədini güdür.

Hizbullah həmçinin vurğulayıb ki, iraqlıların birliyi və onların cinayətkarları təqib və məhv etmək üzrə intensiv səyləri bu cinayətlər və fitnələrə qətiyyətli cavab olacaq.

Qardaş İraq xalqı ilə həmrəyliyə təkid edən Lvanın Hizbullah hərəkatı Allah-Taaladan bu cinayətdə şəhid olanlar üçün rəhmət, yaralılar üçün təcili şəfa, İraqın düşmənləri üçün isə biabırçılıq və rüsvayçılıq diləyib.

Dünən gecə Bağdadın Sədr qəsəbəsində baş verən terror partlyışı nəticəsində azı 29 nəfər ölüb, 47 nəfər isə yaralanıb.

İŞİD terror qrupu Bağdadın Sədr qəsəbəsinə qarşı hücumun məsuliyyətini öz üzərinə götürüb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*