?>

Hikmət Mirzəyev Şuşanın azad olunmasının sirlərini açıqladı

Hikmət Mirzəyev Şuşanın azad olunmasının sirlərini açıqladı

XTQ komandanı qeyd edib ki, Vətən müharibəsinin birmənalı olaraq qəhrəmanları Azərbaycan əsgərləridir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyev Şuşanın azad olunması əməliyyatından danışıb.

Hikmət Mirzəyev Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmində deyib ki, “digər rayonların azad edilməsindən fərqli olaraq, Şuşa əməliyyatında mənim tərəfimdən xüsusi tələblər qoyuldu. Əsas diqqət, güc tapşırıqların yerinə yetirilməsinə cəmləndi”.

Onun sözlərinə görə, yuxarı komandanlığa konkret hansı tarixdə Şuşanın azad olunması barədə də danışıb.

“Biz Hadrutu, Füzulini işğaldan azad etdikdən sonra gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını apardıq. Əməliyyatın ilk günü mən əmin idim ki, Şuşanı işğaldan təmizləyəcəyik. Hətta mən Müdafiə Nazirliyində olan bir-iki nəfərə də bu barədə bildirmişdim”.

Hikmət Mirzəyev qeyd edib ki, Vətən müharibəsinin birmənalı olaraq qəhrəmanları Azərbaycan əsgərləridir.

“Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin həlledici rolu və tarixə düşəcək əfsanəvi şücaəti danılmazdır. Bizim şəxsi heyətimiz bütün risklərə hazır idilər. Mənim planda nəzərdə tutduğum bütün fəaliyyətləri sözsüz və dəqiqliklə, vaxtında icra etdilər. Şəxsi heyət bununla bağlı inanılmaz və əfsanəvi qəhrəmanlıq ortaya qoydu”, - deyə o əlavə edib.

Hikmət Mirzəyev bildirib ki, Şuşanın azad olunması bütün millətimiz üçün başucalığı idi:

“Biz öz şərəfimizi geri qaytardıq. Biz təkcə Şuşanı yox, Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq, şərəfini bərpa etdik”.

Qeyd edək ki, ötən il, 27 Sentyabr, 2020-ci ildə işğalçı sionist İsrail rejimi, ABŞ, Qərb İttifaqı və Rusiyanın dəstəyi ilə, xristian Ermənistan işğalçı respublikasının Şiə Azərbaycan Respublikası əleyhinə başlatdığı İkinci Qarabağ müharibəsində Hüseynçi əsgər və zabitlərimiz şirin canlarından keçərək torpaqlarımızı geri almağa nail olmuşlar...

Onlar, Allah Təalaya olan bağlılığı, Peyğəmbər (səllaəllahu əleyhi və alih) və Onun Pak Əhli Beytinə (əleyhimus-səlam) olan itaətkarlıqları ilə xristian ermənilərindən seçilirdilər...

Azərbaycanın şücaətli igidlərinin döyüşlərdə böyük rəşadətlik göstərmələri məhz İmam Hüseyn (əleyi səlam) Məktəbindən aldıqları tərbiyədən irəli gəlirdi...

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*