Hicab və Gözəllik

İsveçdə etiraz aksiyası: "Hicab, sizə aid deyil" – Foto

İsveçin müxtəlif şəhərlərində təşkil olunan 1 may yürüş iştirakçıları əllərində üzərində Müsəlman qadınların iş yerlərində Hicab taxmasına qoyulan qadağanı pisləyən plakatlar götürərək “İrçilik pislənilsin”, “Hicab, sizə aid deyil”, “İşləmək bizim hüququmuzdur” şüarlarını səsləndiriblər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsveçdə "1 may - Ümumdünya Zəhmətkeşlər Günü" münasibəti ilə təşkil edilən yürüşlər zamanı yürüş iştirakçıları Müsəlman qadınların hüquqlarını dəstəkləyib və onların iş yerlərində Hicab bağlamasına qoyulan qadağaların aradan qaldırılmasını tələb edib.

İsveçin müxtəlif şəhərlərində 1 may yürüşləri təşkil olunub. Yürüş iştirakçıları əllərində üzərində Müsəlman qadınların iş yerlərində Hicab taxmasına qoyulan qadağanı pisləyən plakatlar götürüb. Yürüş iştirakçıları həmçinin “İrçilik pislənilsin”, “Hicab, sizə aid deyil”, “İşləmək bizim hüququmuzdur” şüarlar səsləndirib.

Stokholm şəhərində keçirilən yürüş iştirakçıları həmçinin Avropa Birliyinin sahibkarlara iş yerlərində Müsəlman qadınların Hicabını qadağan etməsini pisləyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!