?>

Helikopter qəzasında həlak olan hərbçilər dəfn olunub

Helikopter qəzasında həlak olan hərbçilər dəfn olunub

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanların cənazələri II Şəhidlər xiyabanında dəfn edilib.

ABNA24 Xəbər Verir,Helikopter qəzasında həlak olan hərbçilərin dəfn mərasimində onların ailə üzvləri, hərbçilər, DSX, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində vida mərasimi keçirilib.

Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*