?>

Hazırkı amnistiya siyasi məhbuslar problemini həll etmir

Hazırkı amnistiya siyasi məhbuslar problemini həll etmir

Hüquq müdafiəçiləri Azərbaycan Respublikasında hazırkı amnistiyanın siyasi məhbuslar problemini həll etməyəcəyini bildirirlər.

ABNA24 Xəbər Verir,Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Turan Xəbər Agentliyi ilə müsahibədə deyib ki, Zəfər Günü münasibətilə amnistiya aktının qəbul edilməsi əhəmiyyətli hadisə olsa da, aktın siyasi məhbusları əhatə etməməsi təəssüf doğurur.

Hüquq müdafiəçisi siyasi məhbus məsələsinə birdəfəlik son qoyulmasının vacib olduğunu xatırladıb. “Bizim siyahıda da 38 siyasi məhbus var. Ümidimiz bunadır ki, əfv fərmanı siyasi məhbus məsələsinə son qoya bilər”, -Cəfəroğlu deyib.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov isə amnistiyanı müsbət qiymətləndirib. O eyni zamanda deyib ki, siyasi məhbus məsələsi  bu kontekstdə həllini tapsaydı, amnistiya aktının məzmunu daha geniş ola bilərdi.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov da Turanla müsahibədə bildirib ki, amnistiya əslində bütün məhbusalara şamil olunmalıydı: “Bu mənada Azərbaycanda amnistiya aktının qəbul edilməsi prinsipləri daim pozulur. Amnistiya aktı siyasi fikir və məfkurəsinə görə həbs edilənlərə şamil olunmur. Həmin adamlara Cinayət Məcəlləsinin müxtəlif maddələrilə ittihamlar irəli sürülsə də, onlara qarşı cinayət işlərinin uydurma və saxtalaşdırılmış olduğu aydındır", - deyə Səfərov bildirib.

Qeyd edək ki, Amnistiya Aktı layihəsi ölkə prezidenti İlham Əliyev tərəfindən parlamentə təqdim edilib. Akt 6 min adama şamil olunacaq, o cümlədən 3 min nəfər azadlığa çıxacaq.

Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında 120-dən çox siyasi məhbus saxlanılır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*