?>
Araşdırma

Hamını düşündürən suala cavab: "İslam Dövləti" və “Taliban” arasında əsas fərq nədədir?

Hamını düşündürən suala cavab:

Qondarma “İraq Şam İslam Dövləti-İŞİD” adlı beynəlxalq ekstremist vəhhabi terror təşkilatı “Taliban”dan nə ilə fərqlənir və onlar nədə bir-birinə bənzəyir?

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Əfqanıstan terror qruplaşmasının hakimiyyəti ələ keçirməyə çalışdığı ilk ölkə deyil. Daha əvvəl bu halla İraq və Suriya da üzləşib. Cəmi bir neçə il əvvəl onların da ərazilərində qondarma “İraq Şam İslam Dövləti-İŞİD” adlı beynəlxalq ekstremist vəhhabi terror təşkilatı çiçəklənməyə başlamışdı. Bəs qondarma “İraq Şam İslam Dövləti-İŞİD” adlı beynəlxalq ekstremist vəhhabi terror təşkilatı “Taliban”dan nə ilə fərqlənir və onlar nədə bir-birinə bənzəyir? İndi bu sual Azərbaycanda və dünyada çoxlarını düşündürür.

ABNA24.com şərqşünas Dmitri Vorodinin bununla bağlı fikirlərini təqdim edir:

Onun sözlərinə görə, taliblərin əvvəlki metodları “İŞİD-çi”lərdən çox da fərqlənmirdi.

“Həm “Taliban”, həm də “İraq Şam İslam Dövləti-İŞİD” öz məqsədlərinə çatmaq üçün silahlı hücumlardan, terror aktlarından və edamlardan istifadə edirdilər. Xatırlamaq olar ki, taliblər 1996-cı ildə mücahidləri məğlub edib Kabili aldıqdan dərhal sonra 1992-ci ildə Əfqanıstanın paytaxtına mücahidlərin gəldiyi andan BMT missiyasının binasında oturub ordan çıxmayan keçmiş prezident bədbəxt Nəcibullahı necə öldürdülər. “İŞİD-çilər” ümumiyyətlə edamların möhtəşəmliyinə və publik olmasına diqqət yetirirdilər, insanlar üzərində yeni-yeni ritual qisas aktlarını videoya çəkirdilər”.

Ancaq politoloq qeyd edib ki, bu qruplaşmalar arasında prinsipial fərq var.

“Qlobalistlər” və “regionalistlər”

“Əlbəttə, “Taliban” xəlifələrin idarə etdiyi dövrə uyğun əsl islam dövləti quracağını elan edib, ancaq onlar bunu yalnız Əfqanıstan ərazisində və Pakistanın puştu əhalinin yaşadığı şimal-qərb bölgələrində etməyi bəyan etməyiblər. Onlar universalist layihələr irəli sürmədilər, “İraq Şam İslam Dövləti-İŞİD” adlı beynəlxalq ekstremist terror təşkilatının etdiyi kimi, ümumdünya, millətlərüstü, etniküstü xilafətin yaradılmasına çağırış etmədilər”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, “Taliban” Əfqanıstanda həmişə puştu etnik bazasına, üstəlik ayrı-ayrı tayfa qruplarına istinad edib, çünki puştular arasında tayfa kimliyi həmişə etnik mənsubiyyətdən üstün olub.

“Puştuların siyasi-hüquqi müstəqilliyinin bir təzahürü tayfalar üçün son dərəcə əhəmiyyətli olan ənənəvi hüquqi münasibətlərin qoruyucusu kimi “Puştunvalay” qaydası (“şərəf kodeksi”) çıxış edir. İslam, islamdan əvvəl mövcud olan ənənələr (adətlər) ilə birlikdə bu kodeks üzərində dominant mövqe tutmayıb. Həmin kodeks puştu kimliyi kimi daha yüksək ideoloji səviyyəyə xidmət edir. Hansı ki, yalnız xüsusi hallarda, tutaq ki, xarici müdaxilə (məsələn, “şurəvi”lərin – sovet ordusunun 1979-cu ildəki gəlişi kimi və sair) kimi xüsusi şəraitə vurğunu yönəldə bilər”, - deyə o qeyd edib.

Bununla yanaşı, o əlavə edib ki, Əfqanıstan hökumətlərinin ölkədə sistem idarəçiliyini tayfalara qəbul etdirmək və digər xalqlarla sərhəd qoymaq üçün islamdan istifadə etməsini sonadək effektiv saymaq olmaz. Onun sözlərinə görə, 1970-80-ci illərdə fundamentalist qruplar tayfaları öz təsirləri altına almaq istəyərkən də problemlərlə üzləşmişdilər, çünki islam fundamentalizmi klan “maneələri"nin üstündəki universal baxışları ilə qəbilə həyat tərzinə ziddir.

““İraq Şam İslam Dövləti-İŞİD” adlı beynəlxalq ekstremist terror təşkilatının Əfqanıstan “filialı” olan qolu “Vilayət Xorasan” tərəfindən inkişaf etdirilən ideyalar əfqanlar tərəfindən dəstəklənmədi”, - deyə Vorodin qeyd edib. “Bundan əlavə, əgər İraqda “İŞİD”-in inanılmaz effektivliyi əsasən Səddamdan sonrakı İraqda açıq diskriminasiyaya məruz qalan keçmiş “Bəəs”çilər tərəfindən təmin edildisə, Əfqanıstanda “İŞİD-çilər”in sıralarını gücləndirə biləcək insanlar sadəcə, yox idi”, - o deyib.

Şərqşünas, həmçinin, ən vacib suala cavab verib.

Biri ilə danışıqlar, digəri ilə müharibə edirlər

“Niyə “İŞİD” ilə döyüşürlər, taliblərlə isə yox? Əgər rəsmi şəxslərin çıxışlarına baxsaq, onların taliblərin, həmçinin Əfqanıstan ərazisində kim “İŞİD-çi"lərin öldürülməsinə kömək edəcəksə onların simasında “daha az pislik” gördüklərini görmək olar. “Taliban” ilk növbədə öz ölkələri üzərində nəzarəti ələ keçirməyə can atır və dünyada cihad etməyə hazırlaşmır. Buna görə də onun üçün panislamist “İŞİD” qruplaşması müəyyən əyalətlər və qruplaşmalar uğrunda mübarizədə lazımsız rəqibdir. Bütün bunlar ümumdünya kontekstinə çıxmır – taliblərin dünyada legitimləşməsi sürünə-sürünə gedir” - deyə ekspert vurğulayıb.

“İŞİD”-ə gəldikdə isə D.Vorodin qeyd edib ki, o, taliblərin hərəkətlərinin Pakistan İdarələrarası Kəşfiyyat Xidməti (ISI) tərəfindən İslamabaddan yönəldildiyini vurğulayaraq, dəfələrlə “Taliban”ın “legitimliyini” şübhə altına alıb.

“2021-ci ildə Əfqanıstan “İŞİD-çi"ləri taliblərin mülki əhalinin təhlükəsizliyini təmin edə bilməyəcəyini nümayiş etdirmək üçün çaxnaşma və xaos yaratmağa çalışır. Ancaq əgər “Taliban” daxili fikir ayrılıqlarını aradan qaldıra, yerdəki qəbilə və klan liderləri ilə dialoq qura və təsirli bir dövlət maşını yarada bilsə, “İŞİD”-in mübarizəni uğurla davam etdirmək şansı az olacaq. Əlbəttə, əgər onlara belə dəstək verilməsə, onlar hətta talibləri keçmək məcburiyyətində qalacaq”, - deyə Vorodin rezyumə edib.



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*