?>

Haitinin prezidentinə sui-qəsd edilib

Haitinin prezidentinə sui-qəsd edilib

Haiti prezidenti Jovenel Moiz naməlum şəxslərin silahlı hücumu nəticəsində ağır yaralanıb; Bəzi mənbələr onun bu hücumda öldürüldüyünü bildirirlər.

ABNA24 Xəbər Verir, Haitinin baş naziri Klaud Cozef bu ölkə prezidentinin iqamətgahına dünən axşam hücum edildiyini açıqlayıb.

Haiti baş naziri bu hərəkəti qınayaraq, əlavə edib: "Ölkənin təhlükəsizlik vəziyyəti polis və ordunun nəzarətindədir".

Haitinin 48 yaşlı prezidenti, iş adamı və varlı sinifdəndir. Haiti əhalisinin 60 faizdən çoxu gündə 2 dollardan az qazancla dolanırlar.

Haiti, Latın Amerikasında dünyanın ən kasıb ölkələrindən biridir və iqtisadi böhran və fırtınalardan əlavə bir ildən çoxdur ki, siyasi çəkişmələrlə əlbəyaxadır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*