?>
Amerika Xəbərləri

Haitidə anti-ABŞ etiraz dalğaları səngimir – Foto

Yeri şahidlərin bildirdiyinə görə, bu günə kimi Haiti qərbpərəst rejimi etirazçılara qarşı zor tətbiq etməsi nəticəsində xeyli sayda sivil həlak edib və müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək yaralamışdır. Lakin bütün bunlar rejim tərəfindən gizlədilir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Haitin Respublikasının paytaxtı Port-au-Prince şəhərində davam edən anti-Amerika və Qərb İttifaqı etirazları qərbpərəst prezident Jovonel Moizinin birbaşa göstərişi ilə zor və silah gücünə yatızdırılır.

Belə ki, Jovonel Moizinin polis gücləri Cümə Günü etirazçılara zəhərli gözyaşardıcı qazlardan və plastik güllələrdən atəş açıblar.

Hətta ötən həftə ərzində polis qüvvələri tərəfindən qətlə yetirilən etirazçının dəfn mərasimi də gülləbarana tuş gəlib. Polisin vəhşiliyi nəticəsində tabut yerdə qalaraq dəfn mərasimi dağıdılmışdır.

Yeri şahidlərin bildirdiyinə görə, bu günə kimi Haiti qərbpərəst rejimi etirazçılara qarşı zor tətbiq etməsi nəticəsində xeyli sayda sivil həlak edib və müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək yaralamışdır. Lakin bütün bunlar rejim tərəfindən gizlədilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*