?>
Həcc – İslamın Böyük Siyasi və İbadi Əməli

Hacılar Rəmyi Cəmarat əməllərini yerinə yetirərkən 2021-ci ilin Həcc mövsumu – Video

Bu il koronavirusa qarşı tam peyvənd almış və Səudiyyə Ərəbistanında yaşayan ümumilikdə 60.000 nəfər Həcc ziyarəti etmək fürsəti əldə edəcək və Səudiyyə rəsmiləri Həcc ziyarətini minimal iştirakı ilə də olsa koronavirus epidemiyası riski ilə yerinə yetirməyi ümid edirlər.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, hacılar artıq Rəmyi Cəmarat əməlini də həyata keçiriblər.

Bildirək ki, tamamilə peyvənd olunmuş altmış min səudiyyəli Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gələrək bu vacib dini mərasimin ən az insan sayı və Səudiyyə Ərəbistanı xaricindən zəvvarların gəlməməsi ilə ikinci ilini qeyd edir.

Həcc keçən il çağdaş tarixdə ən az sayda zəvvarla reallaşdı və əvvəlcə yalnız 1000 nəfərin iştirakına icazə verildiyi elan edildi, lakin sonda mediada yer alan xəbərlərə görə 10.000 zəvvar iştirak etdi.

Bu il koronavirusa qarşı tam peyvənd almış və Səudiyyə Ərəbistanında yaşayan ümumilikdə 60.000 nəfər Həcc ziyarəti etmək fürsəti əldə edəcək və Səudiyyə rəsmiləri Həcc ziyarətini minimal iştirakı ilə də olsa koronavirus epidemiyası riski ilə yerinə yetirməyi ümid edirlər.

Bildirək ki, Səudiyyə Ərəbistanı əhalisinin bir hissəsini Cənubi Asiya, Uzaq Şərq, Afrika və Yaxın Şərqdən gələn mühacirlər təşkil edir.

Qeyd edək ki, bu il Həcc ziyarətinə gedəcək zəvvarlar, onlayn sistem vasitəsi ilə xroniki xəstəlik tarixi olmayan 18 ilə 56 yaş arasındakı Səudiyyə Ərəbistanının 558 mindən çox sakini arasından seçildi; Bu elə bir halda baş verir ki, 2019-cu ildə dünyanın hər yerindən ümumilikdə 2,5 milyon insan korona virus epedemiyası başlamazdan əvvəl keçirilən dini mərasimə qatılmışdır.

2021-ci ilin Həcc mərasimi 17-22 iyul tarixlərində keçiriləcək. Bu gün Səudiyyə Ərəbistanında həcc əməllərinin sonuncu günüdür.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*