?>

Həzrət Muhəmməd Təqinin (ə) mövlud günü mübarək!

Həzrət Muhəmməd Təqinin (ə) mövlud günü mübarək!

Bu gün, rəcəb ayının 10-u, dünya şiələrinin doqquzuncu imamı, Həzrət Muhəmməd Təqinin (ə) səadətli mövlud günüdür.

ABNA24 Xəbər Verir, İmam Muhəmməd Təqi (ə) hicrətin 195-ci ili, rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açıb. O, möhtərəm atası, dünya şiələrinin səkkizinci imamı, İmam Rzanın (ə) şəhid edilməsindən sonra müsəlmanlara rəhbərliyin məsuliyyətini öz üzərinə götürüb.

İmam Muhəmməd Təqinin (ə) mübarək ləqəblərindən biri, Cəvad-ul-əimmə-dir.

İmam Cavad (ə) səkkiz yaşında imamlıq məqamına çatıb. O həzrətin imamlıq dövrü, 17 il olub, yəni o həzrət imamlıq dövrünü uşaqlıqdan gəncliyədək keçirib.

İmam Cavadın (ə) imamlığı dövründə müxtəlif islami və qeyri-islami firqələr inkişaf etmişdi. Digər xalqların elm və fənnlərinə xüsusi diqqət yetirilirdi. Buna görə də dünya şiələrinin doqquzuncu imamı elmi və dini məsələlərlə bağlı mübahisələrə qatılaraq, müxtəlif dinlərin nümayəndələri ilə mübahisələrdə ilahi sərmayə ilə imaməti qorudu.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı İmam Muhəmməd Təqinin (ə) mövlud günü münasibəti ilə dünya müsəlmanlarını təbrik edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!