?>
Qarabağ İslam Torpağıdır

Hərbiçimiz: Salam Olsun İkinci Qarabağ Müharibəsində Zəfər qazanan Azərbaycan Şiə Xalqına! – Video

Aşağıda müşahidə edəcəyiniz videoda da şanlı Azərbaycan xalqının Hüseynçiləri Ermənistan işğalçı qüvvələrinin 28 illik işğalından azad etdikləri Şuşa şəhərinin ən uca zirvəsindən bütün Əhli Beyt (əleyhimus səlam) Davamçılarına Salam göndərirlər. Onlar, bir daha Azərbaycan xalqının beynini millətçilik və digər şeytani siyasətlər ilə yuaraq, dindən uzaqlaşdırmaq istəyənlərin fəaliyyətlərini qərar verdilər. Həqiqətən də Azərbaycan Xalqı zühur dönəmində İmam Zaman (Allah Təala Onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinə yardıma tələsənlərdən olacaqlar!


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının Kimliyini sübut edən meydanının bir güşəsi idi. Bu müharibə bir daha göstərdi ki, Azərbaycan Xalqı öz dini dəyərərinə , məzhəbi inanclarına, bütün varlıq aləmini yaradan Allaha, Onun göndərdiyi dininə, öz milli mentalitetinə və İlahi Dəyərlərinə sadiq bir xalqdır. Bu müharibə öncəsi və müharibə zamanı xarici və daxili düşmənlərin əl-ələ verib Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparmasına baxmayaraq, Azərbaycan xalqı Allah Təalanın iradəsi ilə düşmənlərin mənfur planlarını və gecə-gündüz bilmədən apardıqları şeytani təbliğatlarını puça çevirdi...

Unutmamalıyıq ki, işğal altında olan ərazilərimizin geri alınmasına və bu qələbənin əldə edilməsinə sırf Azərbaycan xalqının oyaqlığı və Allah-Təalanın bu xalqa olan lütfü səbəb oldu! Bu onu göstərir ki, xalqımızın öz torpaqlarını düşməndən qorumağa qüdrəti çatır və bunu bir daha bizim mücahid, Hüseynçi hərbiçilərimiz 44 günlük müharibədə bir daha sübut etdilər!

Belə ki, heç bir kəsin gözləmədiyi yerdən azğın düşmən qüvvələri istədiklərinə nail ola bilmədilər. Çünki şanlı Azərbaycan Xalqının igid və qeyrətli oğulları “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edirdilər. Hər bir qarış torpaqlarımızı düşmənin işğalından azad edən hərbiçilərimiz orada Azan verir, namaz qılır və oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər. Həqiqətən də onlar Allah Qatında nicat tapan bəndələrdən idilər...

Aşağıda müşahidə edəcəyiniz videoda da şanlı Azərbaycan xalqının Hüseynçiləri Ermənistan işğalçı qüvvələrinin 28 illik işğalından azad etdikləri Şuşa şəhərinin ən uca zirvəsindən bütün Əhli Beyt (əleyhimus səlam) Davamçılarına Salam göndərirlər. Onlar, bir daha Azərbaycan xalqının beynini millətçilik və digər şeytani siyasətlər ilə yuaraq, dindən uzaqlaşdırmaq istəyənlərin fəaliyyətlərini qərar verdilər. Həqiqətən də Azərbaycan Xalqı zühur dönəmində İmam Zaman (Allah Təala Onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinə yardıma tələsənlərdən olacaqlar!

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*