?>
Qarabağ İslam Torpağıdır

Hərbiçilər Fizulidə gedən döyüşlərdə “Bilsin səhyon Hüseyn eşqin ürəklərdən ala bilməz” nəğməisini oxuyurlar – Video

Aşağıda müşaidə edəcəyiniz video Fizuli istiqamətində gedən döyüşlərdə çəkilib. Hərbiçilərimiz döyüşdən sonra ələ keçirtdikləri düşmən qüvvələrinin mövqelərində bir araya gəlib “Azərbaycan! Səni biganələr dildən sala bilməz. Bilsin səhyon Hüseyn eşqin ürəklərdən ala bilməz!... Ləbbeykə Ya Sarəllah!...” nəğməsini oxuyurlar.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ Müharibəsi Azərbaycanın qeyrətli oğlanlarının qaydış nöqtəsi idi. Belə ki, İslam Torpaqlarının uzun illər düşmən tapdağı altında qalması hər bir igidin ürəyini ağradır, canını sızladırdı. Vaxt gəldi. Məqam ələ düşdükdə Şiə Azərbaycan Xalqı yağı düşmən qüvvələrinin cavabını layiqincə verdilər...

İkinci Qarabağ Müharibəsinin başlanmasında maraqlı olan düşmən qüvvələri bu müharibəni müxtəlif yollarla irqçi və anti-İslam bir müharibə kimi səciyyələndirib, Azərbaycan Xalqının milli kimliyinə qarşı yönəltmək istəsələr də lakin Allah Təalanın izni ilə bu baş tutmadı. Azğın düşmən qüvvələri istədiklərinə nail ola bilmədilər...

Şanlı Azərbaycan Xalqının igid və qeyrətli oğulları isti, soyuq, yağış, qar, rahatlıq və rifahlıq bilmədən döyüşlərə qatılır, “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə gedərək torpaqları azad edir və orada Azan verir, namaz qılır və oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər.

Aşağıda müşaidə edəcəyiniz video Fizuli istiqamətində gedən döyüşlərdə çəkilib. Hərbiçilərimiz döyüşdən sonra ələ keçirtdikləri düşmən qüvvələrinin mövqelərində bir araya gəlib “Azərbaycan! Səni biganələr dildən sala bilməz. Bilsin səhyon Hüseyn eşqin ürəklərdən ala bilməz!... Ləbbeykə Ya Sarəllah!...” nəğməsini oxuyurlar.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*