?>
Qarabağ İslam Torpağıdır

Hərbiçi: Bu torpaqlarda ən çox igidlik göstərənlərdən biri də Hüseynçilər olub! – Video

Gecə-gündüz pozğunçuluğu, şəhvət düşkünlüyünü, əxlaqsızlığı və dünyapərəstliyi Azərbaycan Xalqının beyninə yeritməyə çalışan oliqarxlar, ateistlər, manıslar və s-dən fərqli olaraq Azərbaycanın Əhli Beyt (əleyhimus səlam) aşiqləri olan dindar təbəqə, kərbalayılar, məşhədilər və hacılar silaha sarındılar və vətənin keşiyində durmağı və işğal olunmuş ərazilərimizi erməni düşmən qüvvələrinin caynağlarından azad etməyi özlərinə həm şəri həm də vətəndaşlıq borcu bildilər.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 2020-ci ilin Sentyabrın 27-də Ermənistan işğalçı silahlı birləşmələri böyük təxribat törətmək məqsədi ilə Azərbaycan Respublikasının ərazilərinə hücum etdi. 44 gün davam edən İkinci Qarabağ Müharibəsində Şiə Azərbaycan xalqı silaha sarınaraq, canla-başla vətənin keşiyində durdu...

Bütün cəbhə boyu şiddətli döyüşlər davam edirdi, düşmən müqavimət göstərirdi. Azərbaycan Ordusu müdafiə xəttini yarmaq üçün qətiyyətlə vuruşurdu. Füzuli və Suqovuşan istiqamətində düşmən müdafiəsinin yarılması, düşmənin Murov yüksəkliyindən uzaqlaşdırılması haqqında məlumat verildikdə, bu informasiya ictimaiyyətin də, döyüşənlərin də ruh yüksəkliyinə səbəb oldu. Bu, dönməz coşqu idi...

Gecə-gündüz pozğunçuluğu, şəhvət düşkünlüyünü, əxlaqsızlığı və dünyapərəstliyi Azərbaycan Xalqının beyninə yeritməyə çalışan oliqarxlar, ateistlər, manıslar və s-dən fərqli olaraq Azərbaycanın Əhli Beyt (əleyhimus səlam) aşiqləri olan dindar təbəqə, kərbalayılar, məşhədilər və hacılar silaha sarındılar və vətənin keşiyində durmağı və işğal olunmuş ərazilərimizi erməni düşmən qüvvələrinin caynağlarından azad etməyi özlərinə həm şəri həm də vətəndaşlıq borcu bildilər.

Erməni faşistlərinin əlində işğalda qalan Qarabağ başda olmaqla daha 7 rayonumuz, türbələr, məzarlıqlar, müqəddəs məkanlarımız, donuz tövləsinə çevrilmiş Məscidlər və Mədrəsələrimiz və s. mədəni və maarif ocaqlarımız bu 44 günlük müharibədə, İmam Hüseyn (əleyhi səlam) aşiqlərinin bacarıqlı əlləri ilə geri qaytarıldı...

Öz Xalqının rifahı üçün minlərlə Əhli Beyt (əleyhimus-səlam) Məktəbinin davamçıları şirin canlarından keçərək uac Şəhidlik məqaına nail oldular. Minlərlə Əli (əleyhi səlam) Şiəsi isə bu müqəddəs yolda müxtəlif fiziki və pisxoloji zədələr alaraq yaralandılar və Qazilik məqamına ucaldılar. Bütün bunlar onlar üçün baldan da şirin idi. Çünki onların İmam Əli ibn Əbu Talib, İmam Həsən və İmam Hüseyn (əleyhimus səlam) kimi iqtida edəcəyi örnəkləri vardır...

Müşahidə edəcəyiniz videoda da məruzə edən hərbiçi, açıq aşkar belə bildirir: “... Bu yaxın illərdə də (Seyyid) Mübariz İbrahimov, Polad Həşimov və başqa mübariz dindarları da qeyd eləmək olar. Bu torpaqlarda ən çox şücaət göstərənlərdən biri də Hüseynçilər olub. Hüseynçilər daim bu torpaqda Kərbəladan bəri bəzi insanlara, bəzi qurumlara, bəzi əqidələrə dərs olaraq gəlmişdir. Bu açıq aşkar görünür. Görmüyənlərin özündə problem vardır. Biz bu torpaqlardan ötrü, bu vətəndən ötrü daim canımızdan keçməyə, qanımızdan keçməyə hazırıq...”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*