?>
Qarabağ İslam Torpağıdır

Hərbi yoldaşlarının Şəhid Əmirli Tofiqin kimliyi və davranışı haqqında söylədikləri ürək sözləri- Video

Azərbaycan Xüsusi Təyinatlılar Dəstəsinin giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğlu 1992-ci il fevralın 27-də Azərbaycanın Talış Bölgəsinin Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olmuş. 2000-ci illərdə isə Cəlilabad şəhərinin Göytəpə qəsəbəsinə valideynləri ilə birlikdə köçmüşlər. O, ailənin ikinci övladı idi. Tofiqdən böyük qardaşı Nicat və kiçik bacısı vardır.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ Müharibəsi zamanı döyüş meydanlarında parlayan və hamıdan daha irəlidə gedən igidlər sırasında bütün bölgələr arasında Azərbaycanın Talış Bölgəsinin igidləri daha parlaq idi. Birinci Qarabağ müharibəsində olduğu kimi İkinci Qarabağ müharibəsində də Azərbaycan Respublikasının bölgələri sırasında Talış Bölgəsi ən çox Şəhid və ən çox Qazi verənlərin sırasında birinciliyi qoruyub saxlamışdır...

Döyüşlərdə göstərilən bütün bu igidliklər, rəşadətlik və fədəkarlıqlar isə Azərbaycan Xalqının, xüsusi ilə də talışların Allah Təalaya, Onun Peyğəmbrinə (səlləllahu əleyhi və alih), Qurani Kəriminə, İmam Əliyə (əleyhi səlam), həzrət Fatiməi Zəhraya (səlamullahi əleyha), İmam Həsənə və İmam Hüseynə (əleyhiməs səlam) olan bağlılıqlarından irəli gəlirdi...

Belə bir igidlərdən biri də Azərbaycan Xüsusi Təyinatlılar Dəstəsinin giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğlu idi. O, 1992-ci il fevralın 27-də Azərbaycanın Talış Bölgəsinin Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olmuş. 2000-ci illərdə isə Cəlilabad şəhərinin Göytəpə qəsəbəsinə valideynləri ilə birlikdə köçmüşlər. O, ailənin ikinci övladı idi. Tofiqdən böyük qardaşı Nicat və kiçik bacısı vardır. Tofiq Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı Göytəpə şəhər məktəbini bitirdikdən sonra hərbi xidmətə yolanır. Sərhəd Qoşunlarında xidmət edir. Hərbi xidmətini başa vurduqdan sonra işləmək üçün Rusiya Federasiyasına gedir. Daha sonra vətənə qayıdaraq sənədlərini yenidən Sərhəd Qoşunlarına verir və gizir kimi işləyir. 2016-ci il 1 Apreldən 2-si Aprelə keçən gecədən başlayaraq 5 gün davam edən müharibədən sonra xüsusi bir bölüy yaranır. Şəhid Əmirli Tofiq bölüyə daxil olaraq orada xüsusi təlimlər keçməyə başlayır. 2018-ci ildə kurs keçərək Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayır və snayperçi vəzifəsini daşıyır...

İkinci Qarabağ Müharibəsində Azərbaycan Xalqı öz Allahına, Onun göndərdiyi dininə, öz mentalitetinə və İlahi Dəyərlərinə sadiq bir xalq olduğunu ortaya qoydu. Xarici və daxili düşmənlərin əl-ələ verib Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparmasına baxmayaraq, Azərbaycan xalqı düşmənlərin deyil, məhz Allah Təalanın istədiyini həyata keçirtdi.

Azğın düşmən qüvvələri istədiklərinə nail ola bilmədilər. Azərbaycan Xalqının igd və qeyrətli oğulları “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edirdilər. Hər bir qarış torpaqlarımızı düşmənin işğalından azad edən hərbiçilərimiz orada Azan verir, namaz qılır və oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər.

Belə bir hərbiçilərdən biri də Azərbaycan Xüsusi Təyinatlı Dəstələrin XTD giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğludur. O, daim idmanla məşğul olan, qisasını yağı düşmənlərdən almağı daim arzulayan, peşəkar hərbiçi olmağı ilə yanaşı həm də sözün əsil mənasında Allahına ibadət edən bir şəxs idi. Hərbi təlimlərdə belə namaz və oruc tutmağını qəzaya vermirdi. O, Mövlası Əmirəl Möminin, Əli İbni Əbu Talibə (əleyhiməs səlam) və şəhidlər Ağası həzrət İmam Hüseynə (əleyhi səlam) iqtida edən bir hərbiçi idi...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!