?>
Qarabağ İslam Torpağıdır

Hərbi sanitar 44 günlük Müharibəni təsvir edir. Hüseynçi igidlərin necə döyüşdüyü barədə danışıldı – Video (Hissə-2)

Aşağıda müşahidə edəcəyiniz videoda danışan hərbi sanitar döyüş günlərində Azərbaycanın rəşadətli Hüseynçilərinin şücaəti və mərdlikləri barədə söhbət açır. Necə yaralı Azərbaycan əsgərinin “mənə yardım etməyin Şəhid olmaq istəyirəm” dediklərini bizlərə anladır...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 30 ilə yaxın idi ki, erməni vəhşiləri əlində işğalda qalan Qarabağ başda olmaqla Azərbaycan Respublikasının daha 7 rayonu, türbələr, məzarlıqlar, müqəddəs məkanları, donuz tövləsinə çevrilmiş Məscidlər və Mədrəsələri və s. mədəni və maarif ocaqları gecə gündüz fəryad edib vətən oğullarını yardıma çağırırdı... O soyuq günlər şəhidlərin və işğal altına qalan müqəddəs məzarlıqların və məkanların sahiblərini üşüdür və nalan qoymuşdur...

2020-ci ilin 27 Sentyabr tarixində Ermənistan işğalçı respublikasının cinayət və işğalçı siyasətlərinə cavab olaraq əhalisinin 98%-ni Müsəlmanlar təşkil edən Azərbaycan Respublikası əks hücuma keçdi. Başlanan bu İkinci Qarabağ müharibəsində İslam Dünyasının ayrılmaz parçası olan Azərbaycan Xalqının Hüseynçi əsgər və zabitləri tarix yazdılar. Onlar şirin canlarından keçərək İslam Torpaqlarını geri almağa nail oldular.

Allah Təalaya, Peyğəmbərə (səlləllahu əleyhi və alih), Əhli-beytə (əleyhimus səlam) və vətənə olan eşq ilə müharibəyə könüllü olaraq yollanan Azərbaycanın qeyrətli övladları qar və buran, isti və soyuq, döyüş və aramlıq bilmədən gecə və gündüz vuruşur və ancaq irəli gedirdilər. Ölümü özlərinə Şəhadət bilən Hüseynçilər yaralandıqları zaman qospitala göndərilib döyüşlərdən geri qalmamaqları üçün öz yaralandıqlarını günlərlə gizlədirdilər... Əli və yaxud ayağı mina və minamyot qəlpələri ilə dolu olan və yaxud üzülərək dəridən sallanan hərbiçilər Kərbəla Ələmdarı həzrət Əbülfəzlil Abbas (əleyhi səlam) kimi yenidən döyüşə qatılır və düşmənin üzərinə gedib onları məhv edirdilər...

Aşağıda müşahidə edəcəyiniz videoda danışan hərbi sanitar döyüş günlərində Azərbaycanın rəşadətli Hüseynçilərinin şücaəti və mərdlikləri barədə söhbət açır. Necə yaralı Azərbaycan əsgərinin “mənə yardım etməyin Şəhid olmaq istəyirəm” dediklərini bizlərə anladır...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*