?>

Həmsədrlər fəallaşmaq üçün fürsət tapıblar

Həmsədrlər fəallaşmaq üçün fürsət tapıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 15-də Azərbaycan-Ermənistan sərhədində baş verən olaylarla bağlı bəyanatı yayıblar.

ABNA24 Xəbər Verir,  həmsədrlər regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə dərin narahatlıqla yanaşdıqlarını bildiriblər. Həmsədrlər tərəfləri vəziyyətin dərhal normallaşması üçün konkret addımlar atmağa çağırıblar. Həmsədrlər həmçinin tərəfləri qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə səsləyiblər.

Bəyanatda o da qeyd olunur ki, son zamanlar gərginliyin artması fonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həlli zərurət daşıyır. Ona görə də, həmsədrlər tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-York və Parisdə həmsədrlərin himayəsi altında keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və tərəqqi üçün birbaşa dialoqu davam etdirməyə çağırırlar.

Bu arada Minsk qrupu həmsədrlərinin çağırışlarına rəğmən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər və Ağstafa rayonunlarının yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məsqəsilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*