?>

Həmas Qüdsün geri alınması üçün əhatəli strategiyanın vacibliyini vurğulayıb

Həmas Qüdsün geri alınması üçün əhatəli strategiyanın vacibliyini vurğulayıb

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri Qüds və Fələstin məsələsi qarşısında duran təhlükələrlə mübarizə üzrə əhatəli layihənin təqdimi və Qüdsün geri alınması üçün mübarizə strategiyasının vacibliyini vurğulayıb.

ABNA24 Xəbər Verir, İsmayıl Hənyə bunu Ümumdünya Qüds Günü münasibətilə verdiyi müraciətdə vurğulayıb.

Qüds günü İmam Xomeyni(r.ə)-in adlandırdığı bir gündür. Bu ad Beytulmuqəddəsin daima ümmətin müxtəlif təbəqələrinin qəlbində olduğu və olacağını dünya xalqlarına sübut etmək üçün qoyulub- müraciətdə deyilir.

Hənyə bildirib ki, düşmənin yəhudiləşdirmə əməliyyatı, fələstinliləri Qüds şəhərindən çıxarmaq və Məsciduləqsaya yiyələnmək üzrə cəhdi Qüdsdəki mübarizəni mahiyyət mübarizəsinə çevirib.

Bu gün işğal olunmuş Qüdsdə xalq müqaviməti və intifazənin kənarında onun təkmilləşdirici cəhəti, yəni bu mərhələdə hərəkət strategiyasının təqdimi üçün bir rəhbərlik mərcəyi də hazırlanmalıdır- deyə müraciətdə qeyd olunur.

Həmas-ın siyasi bürosunun sədri hər il Ümumdünya Qüds Gününü qeyd etdiyinə, Fələstin xalqının müqavimətinin gücləndirilməsinə və bu müqavimətə dəstəyə qətiyyətli sədaqətinə görə İran İslam Respublikasına minnətdarlıq ifadə edib.

Qüdsdə islami və xristian müqəddəslərin, Məsciduləqsanın və Qüdsün azadlığı olan/ İslam Ümmətinin istəyinə çatanadək/ xalq, media və siyasi cihad istiqamətində hərəkət davam edəcək- deyə İsmayıl Hənyə vurğulayıb.

Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının dahi banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds Günü adlandırılıb.

Bu gün, mübarək Ramazan ayının sonuncu cüməsində, Ümumdünya Qüds Günü yürüşü bir çox dünya ölkəsində keçirilir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*