?>
Qərbi Asiya Xəbərləri - Fələstin

HƏMAS: Qəzza zolağının mühasirəyə alınması müharibə cinayətidir

HƏMAS: Qəzza zolağının mühasirəyə alınması müharibə cinayətidir

Həmasın beynəlxalq əlaqələr bürosunun üzvü Bassem Naeem, yaxın bir neçə gündə işğal altındakı Fələstin ərazilərinə gedəcək bir sıra ABŞ-dakı xarici səfirləri Qəzza zolağının qatil İsrail rejiminin mühasirəsi üzündən 15 ildən artıqdır yaşadığı humanitar fəlakət haqqında daha çox məlumat almaqları üçün Qəzza zolağını ziyarət etməyə dəvət edib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Həmasın beynəlxalq əlaqələr bürosunun üzvü Bassem Naeem, yaxın bir neçə gündə işğal altındakı Fələstin ərazilərinə gedəcək bir sıra ABŞ-dakı xarici səfirləri Qəzza zolağının qatil İsrail rejiminin mühasirəsi üzündən 15 ildən artıqdır yaşadığı humanitar fəlakət haqqında daha çox məlumat almaqları üçün Qəzza zolağını ziyarət etməyə dəvət edib.

O, mühasirənin Qəzza zolağını ən böyük açıq həbsxanaya çevirdiyini söyləyib.

Qəzza zolağının mühasirəsi, bir çox beynəlxalq qurum və hüquq mütəxəssisi tərəfindən izah edildiyi kimi, İkinci Dünya müharibəsi məhbuslarını xatırladır.

Həmasın beynəlxalq əlaqələr bürosunun üzvü deyib: "Kollektiv cəza olan bu şiddətli mühasirə beynəlxalq və insan hüquqları qanunlarına görə müharibə cinayətidir ki, bu da Qəzza zolağındakı fələstinliləri əsas hüquqları olan ləyaqətli bir həyat tərzi yaşamaqlarından məhrum edir.”

Bildirək ki, 360 kvadrat kilometrdən çox ərazini əhatə edən və 2 milyona yaxın əhalisi olan Qəzza zolağı sakinlərinin yüzdə 70-dən çoxu təmiz və gigiyenik su, elektrik enerjisindən və dərmandan məhrum olan uşaq və gənclərdir. Qəzza zolağında əhalinin yüzdə 80-dən çoxu yoxsulluq həddinin altında yaşayır və aralarındakı işsizlik nisbəti yüzdə 50-i keçib və hətta sistematik olaraq səyahət və təhsil almaqdan ötrü get-gəllərə qadağa qoyulub.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*