?>

HƏMAS Hərəkatı İsrail rejimin Suriyaya təcavüzünü qınayıb

HƏMAS Hərəkatı İsrail rejimin Suriyaya təcavüzünü qınayıb

Fələstin İslami Müqavimər Hərəkatı HƏMAS bir bəyanatda sionist rejimin Suriyaya təcavüzünü qınadı.

ABNA24 Xəbər Verir, HƏMAS-ın sözçüsü Hazim Qasım sionist rejimin Dəməşqə qarşıtəcavüzünə reaksiyada deyib: "Bu təcavüzlər işğalçı rejimin ekspansionist ambisiyalarını reallaşdırmaq üçün düşmənçilik üsullarının davamıdır və bu ambisiyalar ABŞ tərəfindən dəstəklənir və əlaqələri normallaşdırmağa yönəlibdir".

HƏMAS-ın sözçüsü dünya müsəlmanlarını sionist rejimin münasibətləri normallaşdırma planı ilə mübarizəyə, onu məğlub etməyə çalışmağa və birliyə çağırıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA bu ölkənin hava hücumundan müdafiə sisteminin Dəməşqin qərbində yerləşən Əl-Zübdani bölgəsində sionist rejimin raketlərinə qarşı hücuma keçdiyindən xəbər verib.

Sionist rejim terrorçuları dəstəkləmək üçün mütəmadi olaraq, Suriya ordusunun mövqeləri və bu ölkənin infrastrukturlarını hədəfə alır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*