?>

HƏMAS dünya parlamentləri və başçılarını Fələstini dəstəkləməyə çağırıb

HƏMAS dünya parlamentləri və başçılarını Fələstini dəstəkləməyə çağırıb

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun üzvü dünya parlamentləri və siyasi rəhbərlərini sionist rejiminin fitnələri qarşısında Fələstini dəstəkləməyə çağırıb.

ABNA24 Xəbər Verir, "Əl-Əlam Əl-Hərbi" İnformasiya Qrupunun məlumatına görə, HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil Əl-Həyyə sionist rejimlə sülh yolunu seçən ölkələri Fələstindən maraqlarına çatmaq üçün bir körpü kimi istifadə etməməyə çağırıb.

Əl-Həyyə BƏƏ-nin sionist rejimi ilə əlaqələri normallaşdırmasına dair hərəkətini qınayıb və əlavə edib: "İşğalçılıq qarşısında hərtərəfli mübarizədən başqa bir çarə yoxdur".

BƏƏ ilə sionist rejimi arasında münasibətlərin normallaşdırılmasını asanlaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampın ardıcıl səyləri nəticəsində tərəflər avqustun 13-də diplomatik əlaqələrin adiləşdirilməsinə dair razılıq əldə ediblər. 

Bu anlaşma İslam ölkələri və Fələstinin müqavimət qruplarının kəskin qınağına səbəb olub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*