?>

HƏMAS: “Yuneskonun son qətnaməsi sionist rejimin təcrid olunmasının nişanəsidir”

HƏMAS: “Yuneskonun son qətnaməsi sionist rejimin təcrid olunmasının nişanəsidir”

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Beynəlxalq Əlaqələr Bürosunun üzvü deyib: "Yuneskonun iclası sionist rejimin təcrid olunması və Fələstin ərazilərində qəsəbələrin inşasına beynəlxalq aləmdə legitimlik qazandırmaq üzrə sionist-amerikan cəhdlərinin iflasa uğramasının yeni sübutudur".

ABNA24 Xəbər Verir, HƏMAS-ın Beynəlxalq Əlaqələr Bürosunun üzvü Basim Nəim bu gün etdiyi çıxışında deyib: "Yuneskonun qəbul etdiyi qətnamə sionist rejimin  Fələstinin işğal olunmuş ərazilərində quldurluğunun qeyri-qanuni olmasına və Fələstinin mədəni və dini irsinin qorunmasına dəlalət edir".

HƏMAS rəsmisinin sözlərinə görə, hazırkı qətnamə və keçmişdə qəbul edilmiş onlarla digər qətnamələr həyata keçmək və sionist rejimini fələstinlilərin suveren hüquqlarına hörmət etməyə vadar etmək üçün əməli addımlar tələb edir.

Yunesko təşkilatı iyunun 7-də səs çoxluğu ilə Qüds şəhərinin qədim hissəsini qorumağa dair bir qətnamə qəbul edib.

Bu qətnamə və onun əlavələri sionist rejimin Qüds şəhərinin islami quruluşunu dəyişdirmək üçün bütün dağıdıcı hərəkətlərinin ləğvini vurğulayır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*