?>

Gürcüstanın müxalif partiya sədrinin həbsi təxirə salınıb

Gürcüstanın müxalif partiya sədrinin həbsi təxirə salınıb

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın həbsi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb.

ABNA24 Xəbər Verir, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, buna səbəb baş nazir Giorgi Qaxariyanın istefa verməsidir.

Qeyd edək ki, hökumət başçısının istefası xəbəri VMHP-nin ofisində alqışlarla qarşılanıb.

Xatırladaq ki, 2019-cu ilin iyununda Tbilisidə “Qavrilov gecəsi” kimi tanınan polis-vətəndaş qarşıdurmasına təhrik etməklə ittiham edilərək saxlanılan Nika Meliya 30 min lari girov qarşılığında şərti azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə alınıb. 

Partiya rəhbəri ötən il noyabrın 20-də ictimai qaydada elektron qolbağını çıxarıb. Nəticədə onun girov məbləğinə 40 min lari əlavə edilib və məbləğin ödənilməsi üçün 5 fevral 2021-ci il tarixinədək 50 gün möhlət verib. 

N.Meliya girovu ödəməkdən imtina edib və baş prokuror onun toxunulmazlığının götürülməsi üçün parlamentə müraciət edib. N.Meliya ötən ilin dekabrında sabiq prezident Mixeil Saakaşvilinin əsasını qoyduğu müxalif  "Vahid Milli Hərəkat” partiyasının sədri seçilib. Partiya ötən ilin oktyabrında keçirilən 10-cu çağırış parlament seçkilərində 150 parlament yerindən 36-nı  əldə etsə də, seçkilərin nəticələrini tanımadığını və mandatlarından imtina etdiyini bəyan edib.

Tbilisi Şəhər Məhkəməsi baş prokurorluğun müraciəti əsasında, ödənilməmiş 70 min lari girov müqabilində əvəzetmə tədbiri olaraq, Nika Meliyanın həbs  edilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə iclası 6 saata yaxın davam edib. N.Meliya prosesdə iştirak etməyib.

Müxalifət liderləri və tərəfdarları VMHP-nin mərkəzi ofisində toplaşıblar. Onlar Nika Meliyanın həbsinə imkan verməyəcəklərini bildiriblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!