?>

Gürcüstanın keçmiş prezidenti həbs edildi

Gürcüstanın keçmiş prezidenti həbs edildi

Gürcüstana qayıdan bu ölkənin keçmiş prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

ABNA24 Xəbər Verir, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, bu ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin həbs edilməsini təsdiqləyib. 

Mixail Saakaşvili Gürcüstan hökumətinin müxaliflətindəndir. 

Həbs Gürcüstanda yerli seçkilər ərəfəsində baş verib.

Gürcüstanın keçmiş prezidenti cümə günü rəsmilərin onu həbs etməklə hədələməsinə baxmayaraq, Ukraynadan Gürcüstana qayıdıb.

Mixeil Saakaşvili təxminən üç il əvvəl Gürcüstanın Baş Prokurorluğu tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, həmçinin prezidentlik dövründə qanunsuz hərəkətlərə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*