?>

Gürcüstan Müsəlmanları Ali Dini Şurası Fələstin xalqını dəstəkləyib

Gürcüstan Müsəlmanları Ali Dini Şurası Fələstin xalqını dəstəkləyib

Gürcüstanın Müsəlmanlar İdarəsinin Dini Şurası bir bəyanat yayaraq, qəsbkar sionist rejimin cinayətlərini qınayaraq, müqaviməti və zülm və ədalətsizlik qarşısında dayanmağı bütün müsəlmanların dini vəzifəsi adlandırıb.

ABNA24 Xəbər Verir, Gürcüstanın Ruhanilər Şurasının bəyanatında deyilir: "Bu gün bu qeyri-bərabər müharibədə, Fələstin xalqı, tapdalanmış hüquqları təmin etmək və işğal edilmiş ərazilərini geri almaq üçün qanları və canları bahasına döyüş meydanına daxil olublar. Həmçinin, illərdir minlərlə günahsız və azyaşlı uşaqları dağıntılar altında öldürülən bir xalqın müqavimətdən başqa çarəsi yoxdur.

Bəyanatın digər bir hissəsində beynəlxalq ictimaiyyətin bu qətliam qarşısında laqeydliyi tənqid olunub və deyilir: "Bu rejim beynəlxalq qurumlara məhəl qoymadan cinayətlərini daha da intensivləşdirib və fələstinlilər üçün heç bir hüquq tanımadığı bir halda, bu xalqa zülm etməkdə son həddi aşıb və bütün qırmızı xətləri keçib və təəssüf ki, bütün bu davamlı zülmlər beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir".

Gürcüstanın Müsəlmanlar İdarəsinin bəyanatının sonunda deyilir: "Biz insanların qətliamına və uşaqların öldürülməsinə dözmürük, dünya güclərindən və beynəlxalq təşkilatlardan bu rejimin cinayətlərinə qarşı birləşərək Fələstin xalqının hüquqlarını tanımasını və davamlı sülhə nail olmaq və insanların qətliamına son qoymaq üçün ədalətli bir qərar verməsini gözləyirik".

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*