?>

Gürcüstan Baş nazirinin parlamentdə çıxışı səs-küylə qarşılanıb

Gürcüstan Baş nazirinin parlamentdə çıxışı səs-küylə qarşılanıb

Deputat Xatia Dekanoidze hökumət başçısına bir neçə dəfə “satqın” və “qul” sözlərini ünvanlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin parlamentdə illik hesabatla çıxışı səs-küyə səbəb olub.

“Report”un yerli bürosu xəbər verir ki, onun Avropa Komissiyasının iyunun 17-də Gürcüstanla bağlı tarixi qərar qəbul etdiyini söyləməsi müxalifəti təmsil edən deputatlar arasında narazılıq yaradıb.

Deputat Xatia Dekanoidze hökumət başçısına bir neçə dəfə “satqın” və “qul” sözlərini ünvanlayıb.

Səs-küy səbəbindən İ.Qaribaşvili çıxışını bir neçə dəqiqə ərzində davam etdirə bilməyib. O, müxalif deputatların sakitləşdirilməsi üçün dərman və həkimə ehtiyacın olduğunu deyib.

Spiker Şalva Papuaşvili müxalifət nümayəndələrinə xəbərdarlıq etsə də, deputatlar çağırışa məhəl qoymayıblar.

Baş nazir çıxışını səs-küy altında davam etdirib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*