?>

Gerasimov sülhməramlıların fəaliyyətinə aydınlıq gətirib

Gerasimov sülhməramlıların fəaliyyətinə aydınlıq gətirib

Rusiya Federasiyasının Baş Qərargah rəisi rus sülhməramlılarının Qarabağdakı vəzifələri barədə izahat verib.

ABNA24 Xəbər Verir, Valeri Gerasimov bildirib ki, Qarabağ ərazisində sülhməramlı əməliyyat çərçivəsində Rusiya hərbçiləri hazırda diqqətlərini "əsirlərin" geri qaytarılmasına, infrastruktur layihələrinin həyata keçirilməsinə və digər humanitar vəzifələrin həllinə yönəldiblər.

Onun sözlərinə görə, gərginliyi azaltmaq və atəşkəs rejiminə əməl etmək məqsədi ilə Rusiya sülhməramlıları sülhməramlı əməliyyatın keçirildiyi ərazidə patrul və müşahidə postlarında növbətçilik təşkil edirlər.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etməklə yanaşı, sülhməramlıların səyləri regionda dinc həyatın bərpasına yönəlib, eyni zamanda humanitar vəzifələr uğurla həll olunur", - deyə Gerasimov xarici dövlətlərin hərbi attaşeləri qarşısında keçirilən brifinqdə qeyd edib.

O sonra deyib: "Bu vəzifələrdən ən əsası ərazi və obyektlərin minalardan təmizlənməsi, hərbi əsirlərin və saxlanılan şəxslərin geri qaytarılması, ölənlərin cəsədlərinin axtarışı, humanitar yüklərin çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və infrastruktur layihələrinin həyata keçirilməsidir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*