?>
Avropa Xəbərləri - Fransa

Fransanın İraqdakı səfiri Erik Şuvaliye İmam Əlinin müqəddəs hərəmini ziyarət edib – Foto Reportaj

Həzrət İma Əlinin (əleyhi səlam) ziyarətgahındakı mövcud tarixi və qədim abidələrdən təəccübləndiklərini bildirən Fransa səfiri və onu müşayiət edən nümayəndə heyəti, bu ziyarətgahdakı mədəni, intellektual, elmi və inkişaf layihələrini dəstəkləmək üçün ünsiyyət, koordinasiya və birgə əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Fransanın İraqdakı səfiri Erik Şuvaliye yüksək rütbəli diplomatik nümayəndə heyətinin müşayiəti ilə İraqın Nəcəfi Əşrəf şəhərində yerləşən həzrət İmam Əlinin (əleyh səlam) ziyarətgahını ziyarət edib.

Ziyarət zamanı Fransa səfiri, ziyarətgahın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seyid Əhməd Taliqani tərəfindən qarşılanıb.

Fransa səfirini və onu müşayiət edən diplomatik nümayəndə heyətini salamlayan cənab Seyyid Əhməd Taliqani Həzrət İmam Əlinin (əleyhi səlam) mübarək hərəmində görülən işləri və ziyarətgahdakı tarixi və qədimi abidələr barəsndə qısaca açıqlama verib.

Həzrət İma Əlinin (əleyhi səlam) ziyarətgahındakı mövcud tarixi və qədim abidələrdən təəccübləndiklərini bildirən Fransa səfiri və onu müşayiət edən nümayəndə heyəti, bu ziyarətgahdakı mədəni, intellektual, elmi və inkişaf layihələrini dəstəkləmək üçün ünsiyyət, koordinasiya və birgə əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.

Fransanın İraqdakı səfiri Eric Şuvaliye, Astanın-hərəmin ictimaiyyətlə əlaqələr şöbəsinə göstərdiyi qonaqpərvərliyə və səmimi qəbula görə Müqəddəs Ələvi Hərəminin İdarə heyətinə təşəkkür edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*