?>

Fransa səfiri Belarusdan qovulub

Fransa səfiri Belarusdan qovulub

Fransanın Minskdəki səfirliyi bildirib ki, bu ölkə səfirindən Belarusu tərk etməsi istənilib və o, Belarusu tərk edib.

ABNA24 Xəbər Verir, Xəbər mənbələri Fransanın Belarusdakı səfiri Nikolay de Lakostun bu ölkədən qovulmasının detallarını açıqlamayıblar, rəsmi Minsk isə Parisdəki səfiri İqor Fesenkonu geri çağırıb. 

Fransanın Minskdəki səfirliyi De Lakostun bazar günü Belarusu tərk etdiyini bildirib. 

Yerli mənbələrin bildirdiyinə görə, Fransa səfirinin qovulmasına səbəb, onun etimadnaməsini Aleksandr Lukaşenkoya təqdim etməməsidir. Fransa səfiri 2020-ci ilin dekabrında etimadnaməsini Belarusun xarici işlər naziri Vladimir Makeyə təqdim edib. 

Son illərdə ABŞ və digər Qərb ölkələrinin Belarusla münasibətləri hər zaman soyuq olub və qərblilər bu ölkəni Rusiya ilə sıx əlaqələrinə görə, dəfələrlə şəmatət ediblər. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*