?>

Fransa ABŞ və Avstraliyadakı səfirini geri çağırdı

Fransa ABŞ və Avstraliyadakı səfirini geri çağırdı

Rəsmi Paris, Avstraliya ilə imzaladığı yeni təhlükəsizlik müqaviləsi ilə əlaqədar ABŞ-ı sərt şəkildə tənqid edərək, ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

ABNA24 Xəbər Verir, Fransanın xarici işlər naziri Jan-İv Le Drian ölkəsi ilə Avstraliya arasındakı sualtı qayıq müqaviləsininin ləğv edilməsi və Vaşinqtonla yeni müqavilənin bağlanması ilə əlaqədar bir bəyanat yayaraq, ABŞ və Avstraliyadakı səfirlərinin məsləhətləşmələr üçün geri çağırıldığını bildirib.

O, deyib ki, bu addım Fransanın prezidenti Emmanuel Makronun tələbi ilə gerçəkləşib.

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ sentyabrın 16-da bütün Hindistan və Sakit Okean bölgəsində diplomatik, təhlükəsizlik və hərbi əməkdaşlıq üzrə müqavilə imzalayıblar. Avstraliyanın nüvə sualtı gəmiləri proqramı bu razılaşmanın ilk böyük layihəsi olacaq. Razılaşma çərçivəsində Avstraliyaya nüvə sualtı qayıqlarının hazırlanmasında kömək olunacaq. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*