?>

Fransa ABŞ-dakı səfirini geri çağırdı

Fransa ABŞ-dakı səfirini geri çağırdı

Fransa məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.

ABNA24 Xəbər Verir, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN səfirlərin geri çağırılma səbəbini ABŞ və Avstraliyanın ortaqlıq elan etdikləri gün verdiyi açıqlamalarla əlaqələndirib.

Qeyd edək ki, 2016 -cı ildə Fransa və Avstraliya ikinci üçün ən böyük müdafiə sənayesi müqaviləsi hesab edilən razılaşmanı imzalamışdılar.

Müqaviləyə əsasən Avstraliya ölkənin Hərbi Dəniz Qüvvələri üçün 12 sualtı gəmi inşa etmək məqsədilə Fransaya 50 milyard dollar ödəməli idi. Lakin indi  ABŞ, Britaniya və Avstraliya Çin-ə qarşı tədbirlər çərçivəsində üçüncünü nüvə sualtı qayıqları ilə təmin edəcəklərini bildiriblər.

Avstraliya, İngiltərə və ABŞ bu məqsədlə 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yaradılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ-ın qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük 90 milyard dollarlıqlıq müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.

Müşahidəçilər bildirirlər ki, iqtisadi mənafe üstündə Qərbdə ciddi haçalanma baş verir. Məsələn İngiltərə ayrıldıqdan sonra Avropa Birliyi özü parçalanmağa başlayıb. Polşa və Macarıstan kimi bəzi Mərkəzi və Şərqi Avropa ölkələri açıq şəkildə Brüsselə laqeyd yanaşmağa başlamışlarr. Bu, Atlantik və keçmiş “Dəmir Pərdə” boyunca parçalanan, getdikcə daha çox bölünən “Qərb ssenarisi”nə gətirib çıxarır. Hazırda isə Fransa ilə Avstraliya arasında ziddiyyət meydana çıxaraq, rəsmi Paris ona öz müttəfiqləri tərəfindən xəyanət olunduğunu hiss edir. Lakin Makron hökuməti başlanmış oyunu poza bilməyəcək və uzaqbaşı Kanberranı məhkəməyə verə bilər.

Bi şeyi də unutmaq olmaz ki, Cənubi Şərqi Asiyada Çini cilovlamaq Birləşmiş Ştatların regionla bağlı strategiyasının ana xəttini təşkil edir. Bu səbəbdən ABŞ öz müttəfiqlərini gücləndirmək istiqamətində addımlar atır və Fransanın 90 milyardlıq müqaviləsi onun üçün heç bir əhəmiyyət kəsb etmir. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*