?>
Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq 2021

Fil Dişi Sahili zəvvarı: Ərbəin zəvvarlarının yüksək təhlükəsizlik səviyyəsi Şəhid Qasim Süleymaninin hərəkətlərinin nəticəsidir

Fil Dişi Sahili zəvvarı: Ərbəin zəvvarlarının yüksək təhlükəsizlik səviyyəsi Şəhid Qasim Süleymaninin hərəkətlərinin nəticəsidir

“İraqa gəldiyimiz zaman burada təhlükəsizlik məsələsinin çox ciddi olduğunu gördük; Burada həqiqətən təhlükəsizlik var. Hər şey nəzarət altındadır və şəhərlər təhlükəsizdir. Şəhid Qasım Süleymaninin gördüyü işlərin nəticəsi budur ki, hazırda bizlər çox yüksək təhlükəsizlik səviyyəsinə malikik; Çünki burada milyonlarla zəvvar var. Hər an burada hər bir şey ola bilər.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ərbəin yürüşünə qatılan, Fil Dişi Sahili zəvvarı, Livan əsilli, 31 yaşlı Tacəddin Məhəmməd ABNA saytının Kərbaladakı xüsusi müxbirinə verdiyi eksklüziv müsahibəsində bunları söyləyib: “İmam Hüseynin (ə) şəhadətini və Aşura olayını anmaq üçün Ərbəin ziyarətinə gəlmişik. Əba Abdullah Əl-Hüseynin (ə) bizi düz yola və cənnətə aparması üçün Ərbəin gəzintisinə gəlmişik. Ölüm vaxtı gələndə, İmam başımız üstə olsun deyə və bizi cənnətə aparması üçün Ərbəin ziyarətinə gəldik. Gəlmişik ki, İmam bizi Əhli-beyt (ə) yoluna yaxın olan yola yönəltsin...

Əhli-beytin (ə) fədakarlığı həqiqətən buna görə idi ki, əbədi səadətə və behiştə çatmaqdan ötrü onların qoyduğu yolla gedib, rəftar və davranışlarına uyğun hərəkət edək və Müsəlmanların vəzifəsi də bunu bütün dünyaya çatdırmaqdır. Bu gün burada 20 milyondan çox şiə toplanmışdır və hamısının tək məqsədi ibadət etmək və Allaha yaxınlaşmaqdır ki, inşallah İmamın özü və Əhli-beyt (əleyhimus səlam) bizim şəfaətçilərimiz olar.”

O, Ərbəin yürüşü zamanı Fil Dişi Sahilinə gələn zəvvarların sayı haqqında bunları söyləyib: "Fransa, ƏlCəzayir, Mavritaniya, Hindistan, eləcə də İran və Livandan olan Fil Dişi Sahili vətəndaşları Ərbəin yürüşünə gəlmişlər və bizim zəvvarlara xidmət göstərən çadırın adı “Abican Fransa İslam Çadırı"dır.”

İraqda təhlükəsizliyin təmin edilməsində Əl-Həşd əş-Şabinin və Sərdar Süleymani və Əbu Mehdi əl-Mohandes kimi müqavimət şəhidlərinin rolu barədə danışaraq deyib: “İraqa gəldiyimiz zaman burada təhlükəsizlik məsələsinin çox ciddi olduğunu gördük; Burada həqiqətən təhlükəsizlik var. Hər şey nəzarət altındadır və şəhərlər təhlükəsizdir. Şəhid Qasım Süleymaninin gördüyü işlərin nəticəsi budur ki, hazırda bizlər çox yüksək təhlükəsizlik səviyyəsinə malikik; Çünki burada milyonlarla zəvvar var. Hər an burada hər bir şey ola bilər.”

Sonda Tacəddin Məhəmməd deyib: “Fil Dişi Sahilində çoxlu şiələrimiz var. Şiələrin sayı ən azı 100 min nəfərdir. Fil Dişi Sahilinin bütün şiələri Ərbəin mərasimini keçirmək üçün Hüseyniyyələrə gedir, sinə vurur və İmam Hüseyn (ə) üçün göz yaşı tökürlər ki, İmam Hüseynə (ə) və ailəsinə hörmət nümayiş etdirsinlər və Aşura qiyamına bağlanmaqla hidayət yolunda sabitqədəm olsunlar.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*