?>

Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası konfransı

Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası konfransı

Fars Körfəzi universitetinin ev sahibliyi ilə Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası adlı ikigünlük beynəlxalq konfrans İranın Buşehr şəhərində fəaliyyətə başlayıb.

ABNA24 Xəbər Verir , Fars Körfəzi universitetinin rektoru Məhəmməd Müdərrisi bu gün konfransın açılış mərasimində deyib: Tarixi sənəd və faktlara əsasən, Fars Körfəzi daima tarix, mədəniyyət və sivilizasiya ocağı olub və bu konfransın keçirilməsində məqsəd də həmin mühüm məsələnin qorunmasıdır.

Müdərrisi əlavə edib: Bu sivilizasiya sahəsində mədəni-ictimai münasibət və analşmaların, həmçinin müxtəlif regional və regionaşırı sahələr üzrə münasibətlərin genişlənməsi Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası adlı beynəlxalq konfransın digər hədəflərindəndir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*