?>
Qorxaqlığın Son Həddi

Facebook Hispan TV səhifəsini silib

Facebook Hispan TV səhifəsini silib

Hispan TV bütün dünyada ispandilli tamaşaçılar üçün İran İslam Respublikasının televiziya şəbəkəsidir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Facebook sosial şəbəkəsi Hispan TV-nin səhifəsini həmişəlik silib.

Hispan TV saytı, Facebook-un səbəb ilə bağlı heç bir izahat və xəbərdarlıq etmədən bu addımı atdığını açıqlayıb. Hispan TV Facebook-un bu addımını ifadə azadlığının pozulması adlandırıb.

Oktyabrın əvvəlində Facebook 1,4 milyon izləyicisi olan Hispan TV səhifəsini müvəqqəti olaraq dayandırmışdı. Hispan TV bütün dünyada ispandilli tamaşaçılar üçün İran İslam Respublikasının televiziya şəbəkəsidir.

ABŞ-ın İT şirkətləri, o cümlədən Google, YouTube və Twitter dəfələrlə İran mediasına senzura tətbiq edib və onların kiberməkanda fəaliyyətlərini məhdudlaşdırıb. İran İslam Respublikasının rəsmiləri bu şirkətlər tərəfindən İran mediasının sıxışdırılmasını tənqid edərək, bunu ifadə azadlığının açıq şəkildə pozulması adlandırıblar.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*