?>

Fələstinlilər müqaviməti davam etdirəcəklər

Fələstinlilər müqaviməti davam etdirəcəklər

Fələstin İslami Cihad Hərəkatının üzvü bildirib ki, Fələstin ərazisinin hətta bir qarışı belə, işğal altında olacağı zamanadək işğalçılarla mübarizə davam edəcək.

ABNA24 Xəbər Verir, Yusif Əlhusaynə deyib ki, müqavimət prosesi və sionist rejimlə döyüşün gücləndirilməsi bu rejimin mütəşəkkil terrorizmi ilə mübarizə üçün təbii və real bir prosesdir.

Əlhusaynə qeyd edib ki, irqçi sionist rejimə qarşı ardıcıl mübarizə və müqavimət xaricində heç bir milli azadlıq və ləyaqət mövcud deyil.

«Sionist düşmənlə sülh və həll prosesi bu qəsbkar rejimin ömrünü və böhran müddətini daha da uzatmaq üçündür və bu sülh Fələstinin yerdə qalan bölgələrini işğal etmək, müqəddəsləri yəhudiləşdirmək, fələstinliləri məyus etmək və onları öz ölkələrindən icbari surətdə köçürmək üçün sionist rejimə daha artıq fürsət verəcək- deyə, Fələstin İslami Cihad Hərəkatının üzvü vurğulayıb.

Əlhusaynə bildirib ki, Fələstin xalqı keçmişdəki kimi mübarizə və müqavimət meydanlarında iştirak edəcək və təslim olmağa və qəsbkar sionist rejimi rəsmən tanımağa qarşı çıxacaqdır.

Naftali Bennetin koalisiya kabinetinin hakimiyyətə gəlməsilə sionist rejimin fələstinlilərə qarşı cinayətləri artıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*