?>

Fələstinli qruplar müqaviməti gücləndirmək barədə razılığa gəliblər

Fələstinli qruplar müqaviməti gücləndirmək barədə razılığa gəliblər

Fələstinli qrupların baş katibləri ixtilaflar və parçalanmalara son qoymaq üçün bir komitənin yaradılması haqda razılığa gəliblər.

ABNA24 Xəbər Verir, Fələstinli qrupların baş katibləri dünən axşamçağı videoformatda və Ramullah və Beyrutda eyni zamanda keçirilən iclasın sonunda Fələstin məsələsini aradan götürmək və fələstinlilərin qanuni hüquqlarına göz yummaq üzrə fitnələri rədd ediblər. Bildiriblər ki, Qüdsə, həmçinin müsəlman və xristian müqəddəslərinə qarşı heç bir təcavüz qəbulediləsi deyildir.

Bu bəyanatda Fələstin xalqının qanuni hüquqlarının müdafiəsi üçün xalq müqavimətinin genişləndirilməsi və gücləndirilməsi, həmçinin fələstinlilərin işğalçılarla mübarizə üçün qanuni vasitələrdən istifadə üzrə haqqına təkid olunubdur.

Fələstinli qrupların baş katibləri həmçinin Fələstin ölkəsinin təşkili və sionist rejimin qəsbkarlığına son qoymaq istiqamətində strateji hədəflərə nail olmaq üçün xalq iştirakı və barışığının reallaşması və ixitlaflara son qoyulmasının sürətləndirilməsini zəruri hesab ediblər.

Fələstinli qrupların baş katiblərinin iclasında sionist rejimin fitnələri ilə mübarizə üçün regional və beynəlxalq amillərin fəallaşdırılması və işğalçı rejimlə döyüş qaydaları nəzərdən keçirilib və iclas iştirakçıları beynəlxalq nizamnamələr çərçivəsində işğal olunmuş Fələstin ərazilərində qəsbkar rejimlə mübarizənin vasitələri və mexanizmləri barədə razılığa gəliblər.

Bu iclasda həmçinin əhatəli milli müqavimət komandanlığı üçün vahid milli komitənin təşkili haqda razılıq əldə olunub. Belə ki, icra komitəsi onun işinin davam etməsi üçün lazım olan bütün vasitələri təmin etmiş olsun.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri, İslami Cihad Hərəkatının baş katibi, Fələstin Muxtariyyətinin başçısı, Fələstin Demokratik Cəbhəsi və Fələstin Xalq Cəbhəsinin baş katib müavinləri fələstinli qrupların baş katiblərinin iclasında iştirak ediblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*