?>

Fələstin müqavimətinin qəsb olulnmuş ərazilərə hücumu

Fələstin müqavimətinin qəsb olulnmuş ərazilərə hücumu

Qəzzə zolağındakı Fələstin müqaviməti bu gün səhər tezdən qəsb olulnmuş əraziləri raket hücumu hədəfinə çevirib.

ABNA24 Xəbər Verir, fələstinli mənbələr bildiriblər ki, Fələstin müqaviməti qəsb olulnmuş ərazilərə tərəf on ədəddən çox raket atıbdır.

Bir neçə sionistsakinli qəsəbədə həyəcan siqnalı çalınıb. Sionistlər Fələstin müqavimətinin raket hücumundan qorxublar.

Bu raket hücumu, sionistlərin qəsb edilmiş Qüdsdə güllə ilə bir fələstinli gənci şəhid etmələri, həmçinin işğal olunmuş ərazilərin şimalında yerləşən «Cəlbu» məhbəsindən qaçmış altı fələstinli əsirdən ikisini həbs etmələrindən az sonra həyata keçirilib.

Fələstin İslami Cihad Hərəkatının başçılarından olan Xalid Əlbətəş dünən sionist rejimə xəbərdarlıq etmişdi ki, bu altı fələstinli əsirə hər hansı basqının edilməsi və ziyanın vurulması Fələstin müqavimətinin sərt cavabı ilə üzləşəcək.

Əlbətəş həmçinin ölkələr, təşkilatlar və insan haqları orqanlarından istəmişdi ki, fələstinli əsirlərə qarşı repressiv hərəkətlərini dayandırması üçün sionist rejimi təzyiq altında qoysunlar.

Hal-hazırda dörd min səkkiz yüzə yaxın fələstinli, sionist rejim məhbəslərində əsirdir. Onların arasında onlarla yaşlı şəxs və təqribən qırx qadın və yüz yetmiş uşaq görünür.

Sionist rejim məhbəslərindəki fələstinli əsirlər daima qeyri-insani rəftarlar, ruhi və cismani işgəncələrə məruz qalırlar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*