?>

Fələstin Müqaviməti birgə manevr keçirəcək

Fələstin Müqaviməti birgə manevr keçirəcək

Fələstinli qüvvələrinin Qəzza zolağındakı Birgə Əməliyyat Mərkəzi ilk birgə manevrlərin keçiriləcəyini bildirib.

ABNA24 Xəbər Verir, Fələstinli qüvvələrinin Qəzza zolağındakı Birgə Əməliyyat Mərkəzi ilk birgə manevrlərin keçiriləcəyini bildirib. Açıqlamada deyilir: "Fələstin müqavimət qrupları arasında davamlı döyüş hazırlığını və əməkdaşlıq əlaqələrini saxlamaq üçün ilk dəfə olaraq birgə manevrlərə hazır olduğumuzu elan edirik. Bu manevrin təfərrüatları və vaxtı daha sonra açıqlanacaq və hər kəs bu barədə rəsmi mənbələrdən gələn xəbərləri izləyə biləcək".

Sama xəbər agentliyi əvvəllər bildirmişdi ki, Fələstin müqavimət qruplarının hərbi birləşmələri Qəzza zolağının müxtəlif yerlərində böyük müştərək manevrlər keçirəcəklər. Məlumata görə, "Əl-Rukn Əş-Şədid" adlanan manevr on iki saat davam edəcək və bu müddət ərzində təhlükəsizlik tədbirləri görüləcək.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*