?>

Fələstin: BƏƏ-nin hərəkəti İsrailin cinayətlərinə yaşıl işıqdır

Fələstin: BƏƏ-nin hərəkəti İsrailin cinayətlərinə yaşıl işıqdır

Fələstin Özünü İdarəetmə Təşkilatı: "BƏƏ-nin hərəkəti İsrail cinayətlərinin kəskinləşməsinə yaşıl işıqdır"

ABNA24 Xəbər Verir, bunu Fələstin Özünü İdarəetmə Təşkilatının mətbuat katibi Nəbil Əbordinə deyib.

Fələstin Özünü İdarəetmə Təşkilatının mətbuat katibi vurğulayıb: "BƏƏ-nin sionist rejimi ilə münasibətlərin normallaşdırılmasına dair hərəkəti bu rejimin fələstinlilərə qarşı cinayətlərinin intensivləşməsinə göstərilən yaşıl işıqdır".

Nəbil Əbordinə dünən gecə sionist rejim ilə BƏƏ-nin razılaşmasına qarşı çıxaraq, deyib: "Əmirliklərin bu hərəkəti heç vaxt Qərb sahilinin ilhaqını dayandırmayacaq və Fələstin xalqı üçün heç bir sülh gətirməyəcək".

Fələstin Özünü İdarəetmə Təşkilatının mətbuat katibi qeyd edib ki, BƏƏ-nin bu hərəkəti İstrail rejimi üçün legitimlik qazanmayacaq və Əbu-Dabinin belə bir mövqe sərgiləməsi fələstinlilər tərəfindən istənilən səviyyədə qəbuledilməzdır".

Əbordine daha sonra vurğulayıb: "Əmirliklər və bəzi digər ölkələr iddia edirlər ki, sülh ardıncadırlar, Lakin bu metodlar təkcə Fələstinin daha çox işğal edilməsi üçün sionist rejimin baş naziri Benyamin Netanyahuya verilən bir hədiyyədir".

Fələstin Özünü İdarəetmə Təşkilatının sədri Mahmud Abbas da öz növbəsində diplomatik əlaqələrin qurulmasına dair sionist rejimi ilə Əmirliklərin razılaşmasına kəskin reaksiya verərək, vurğulayıb: "Bu razılaşmanın fəsadlarını araşdırmaq üçün təcili iclasın keçirilməsi lazımdır".

BƏƏ ilə sionist rejimi arasında münasibətlərin normallaşdırılmasını asanlaşdırmaq üçün ABŞ prezidenti Donald Trampın ardıcıl səyləri nəticəsində tərəflər avqustun 13-də diplomatik əlaqələrin adiləşdirilməsinə dair razılığa gəliblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*