?>

Ermənistan Rusiyadan Modern silahlar alır? +VİDEO

“Armiya-2021” satış-sərgisində Ermənistanın geniştərkibli heyət ilə iştirakı və oradan yayılan bəzi məlumatlar Ermənistanın Rusiyadan modern silahlar aldığı barədə ehtimalları gücləndirib.


ABNA24 Xəbər Verir, Virtual az bildirir ki,bu günlərdə Moskva ətrafında Rusiya Müdafiə Nazirliyinin hər il təşkil etdiyi beynəlxalq ordu oyunları ilə yanaşı silah sənayesinin ən  yeni məhsullarının nümayiş olunduğu “Armiya-2021” satış-sərgisində Ermənistanın müdafiə naziri Arşak Karapetyan başda olmaqla geniş tərkibli nümayəndə heyəti ilə iştirakı belə bir ehtimalı gücləndirib ki, Ermənistan Rusiyadan modern silahlar almaq barədə müqavilələr imzalayıb.

Moskvadan gələn xəbərlərə əsasən artıq Ermənistan Rusiyadan bir sıra yeni silahların alınmasına dair həmin sərgi çərçivəsində müqavilələr imzalayıb.

Rusiyanı yenidən Ermənistanı silahlandırmağa başlaması Azərbaycan rəhbərliyinin öz narahatlığını və narazılığını ümumi şəkildə açıqlaması ilə müşaiyət olunub. Prezident İlham Əliyev CNN Türk-ə müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyətini anlamır və bunu məntiqsiz hesab edir. Dövlət başçısı xatırladıb ki, Rusiya əvvəllər Ermənistana milyardlarla dollarlıq silahı havayı verib.  Buna reaksiyada Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə bildirib ki, hansısa ölkəyə silah vermək Rusiyanın suveren hüququdur və  Moskvanın məqsədi “regionda hərbi tarazlıq” yaratmaqdır.

Ermənistanın maliyyə vəsayitə malik olmamasını nəzərə alaraq Rusiyadan yeni silahların bu ölkəyə ya “hədiyyə” olaraq, ya da güzəştli kreditlər hesabına veriləcəyi deyilir.  Ermənistanın müdafiə naziri Arşak Karapetyan ötən həftə jurnalistlərə bildirib ki, Ermənistan Rusiyadan ancaq yeni silahlar alacaq.

Virtual.az müəyyən mənbələrə istinadla Ermənistanın Rusiyadan alacağı modern silahların “Orion-9” və “Orion-10” zərbə pilotsuz təyyarələri, S-400 “Triumf” zenit-raket kompleksləri və “Pantsir” zenit kompleksinin modernizə edilmiş versiyaları olacağını ethtimal edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*