?>

Ermənistan Moskva görüşünə kölgə salmaqda ittiham edilib

Ermənistan Moskva görüşünə kölgə salmaqda ittiham edilib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirməsinə toxunaraq, bu kimi halların regional sülh quruculuğu səylərinə xələl gətirdiyini bildirib.

ABNA24 : Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti, 8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusunun şəhid olduğunu,"9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələrinin Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutduğuna diqqət çəkərək bildirib ki,Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də "3+3" formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

Bəyanatda sərhəd insidentlərinin təkrarlanmaması üçün iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasına çağırılıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*