?>

"Ermənistan Azərbaycanın bütövlüyünü hələ 1991-ci ildə tanıyıb"

Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünün hələ 1991-ci ildə bu ölkə tərəfindən tanındığını söyləyib.

ABNA24 Xəbər Verir, Nikol Paşinyan onlayn mətbuat konfransında deyib ki, Ermənistan Azərbaycanın bütövlüyünü hələ 1991-ci ildə tanıyıb. Belə ki, o vaxt Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində dövlətlərarası saziş imzalayaraq “qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıyıblar”.

Ermənistanın baş naziri sonra sözlərini belə izah edib: “O zaman da Qarabağ problemi var idi. Sual olunur: Qarabağ problemi ərazi problemidirmi? Bizim anlayışımıza görə, bu, hüquqi məsələdir”.

Paşinyan iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılmasına münasibət bildirərkən deyib ki, Ermənistan Azərbaycanla birbaşa təmaslardan yayınmayıb və bundan yayınmır. Bu, "təxribat"ı kimin törətdiyini müəyyən etməyə imkan verəcək", - deyə o bildirib.

Dekabrın 15-də Brüsseldə keçiriləcək görüşə toxunaraq, o qeyd edib ki, “humanitar məsələlər, o cümlədən məhbuslar” məsələsi orada müzakirə olunacaq.

Noyabrın 26-da Soçidə keçiriləcək görüşə gəlincə,Paşinyan deyib ki, böhranların qarşısını almaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha tez-tez olmalıdır.

Daha sonra Paşinyan Azərbaycanı “Zəngəzur dəhlizi” mövzusunu irəli sürərək kommunikasiyaların bloklanması üzrə danışıqları pozmağa çalışmaqda ittiham edib və vurğulayıb ki, İrəvan Bakının bunu etməməsi üçün hər şeyi edəcək.

Onun sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası, Qarabağ problemi, kommunikasiyaların açılması ayrı məsələlərdir ki, onlar ayrıca müzakirə olunmalıdır.

Kommunikasiyaların  açılmasına gəlincə Paşinyan qeyd edib ki, yollar ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində işləyəcək və yollardan paritet istifadə oluna bilər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*