?>

Ermənistan ərazisində suveren dəhliz ola bilməz

Ermənistan ərazisində suveren dəhliz ola bilməz

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai televiziyaya müsahibəsində bildirib ki, Ermənistan ərazisində suveren dəhliz ola bilməz.

ABNA24 Xəbər Verir, erməni rəsmi deyib: "bəlkə də Ermənistanda azərbaycanlıların və ya türklərin Azərbaycanla əlaqə saxlamaq üçün istifadə edə biləcəyi dəhlizlər və ya yollar açılacaq. Ancaq dəhlizin məntiqini anlamaq lazımdır. Biz artıq bəyan etmişik ki, Ermənistan ərazisində suveren dəhliz ola bilməz."

Qriqoryanın sözlərinə görə, yollar açılsa belə, onlar Ermənistanın "suveren nəzarətində" olacaq.

O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistanı təmsil edən Baş nazir müavinləri səviyyəsində dəhliz məsələsi yox, bütün yol infrastrukturunun blokdan çıxarılması müzakirə olunur. Bununla əlaqədar Ermənistan və Naxçıvan sərhədində kiçik 1 kilometrlik hissə çəkilməlidir və bu, çox vaxt aparmaz. Azərbaycan da Ermənistanın yollarından istifadə edə biləcək.

O fikrini belə izah edib ki, Azərbaycanın qərb bölgələri Tavuş və ya Zəngəzurun infrastrukturlarından istifadə etməklə Naxçıvanla əlaqə saxlaya biləcəklər.

Armen Qriqoryan sonuncu varianta meylli olduğunu və irəliləyişə nail olmaq üçün onun müzakirə edildiyini deyib. 

Xatırladaq ki, bu həftə Soçidə Prezident Putinlə görüşdən sonra Türkiyə Prezidenti "Zəngəzur dəhlizinin" bütün bölgə üçün əhəmiyyətli fürsət olacağını vurğulayıb. Rəcəb Təyyib Ərdoğanın fikrincə, Azərbaycan bu dəhlizin reallaşması üçün miqyaslı işlər görür və Ermənistan tərəfi də öz öhdəliklərini yerinə yetirməlidir.

Azərbaycanla Ermənistan "Zəngəzur dəhlizi" ilə bağlı fərqli mövqelərdə dururlar.İlham Əliyev 10 noyabr  razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu qeyd edib. Ermənistanın Baş naziri isə iddia edir ki, sözügedən razılaşmada hər hansı "Zəngəzur dəhlizi" nəzərdə tutulmur, yalnız bölgənin blokadadan çıxarılmasından söhbət gedir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*