?>

Ermənilərin sülh çağırışına Bakıda şübhə ilə yanaşırlar

Ermənilərin sülh çağırışına Bakıda şübhə ilə yanaşırlar

Ermənistan hökuməti Azərbaycan Respublikası ilə sülhə hazır olduğunu bildirir.

ABNA24 Xəbər Verir, son günlərdə Ermənistan mətbuatında hökumətin Moskvanın himayəsi altında Azərbaycanla sülh sazişi imzalamağı planlaşdırdığı barədə yazılar dərc edilir. Görünür, bu mövzu Ermənistan baş nazirinin, daha sonra isə yeni xarici işlər nazirinin Moskvaya səfərlərində əsas mövzu olub. İrəvanın "Past" nəşri öz mənbələrinə istinadən yazıb ki, hökumət aparatında və Xarici İşlər Nazirliyində sülh sazişinin bağlanması üçün fəal hazırlıq işləri aparılır. Güman edilir ki, sənəd layihəsinin ilkin müzakirəsinə oktyabrda başlanıla bilər.

Ötən həftənin cümə günü keçirilən brifinqdə isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan demarkasiya və delimitasiya işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycanın reaksiyasını gözləyir.

O deyib: “Ermənistan demarkasiya və delimitasiya işlərinə hazırdır. Biz artıq bunu açıq şəkildə bildirmişik. Hazırda heç bir iş həyata keçirilmir. Biz Azərbaycandan cavab gözləyirik”.

Təhlükəsizlik Şurasının katibi Azərbaycanın müsbət cavab verəcəyinə və sərhəddə böhranın mümkün qədər tez həll edilməsi üçün ən qısa müddətdə demarkasiya və delimitasiya işlərinə başlamağın mümkün olacağına ümid edir, deyə Ermənistan mətbuatı Qriqoryandan sitat gətirir.

Rəsmi Bakı hələlik Qriqoryanın bəyanatına reaksiya verməyib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*