?>

Erməni separatçıları Azərbaycanın daxilində sərhəd xətti çəkiblər

Erməni separatçıları Azərbaycanın daxilində sərhəd xətti çəkiblər

Separatçılar rusiyalı sülhməramlıların köməyi ilə Xocavəndin Cəmiyyət kəndi ilə Zəfər yolu arasında sərhəd xətti çəkiblər.

ABNA24 Xəbər Verir, sabiq təhlükəsizlik zabiti İlham İsmayıl bununla bağlı öz Facebook paylaşımında xəbər verib ki, qondarma rejim iki dövlət arasındakı sərhəd necə olarsa elə bir sərhəd qurulub, bütün mühəndis qurğularını, projektorlarını, tikanlı məftillərini möhkəmləndiriblər. Separatçılar həmçinin Şuşa şəhərinin ərazisi olan teleqülləyə yaxın yerdə “Xaç postu” adlanan hərbi post qurublar.

Mənbə sonra qeyd edib: “İki ay əvvəl gecənin birində İsa bulağına erməni silahlı qüvvələrinin bir bölməsi daxil olub və “bura bizimdir” deyib, sülhməramlılara dirəniş göstərərək çıxmayacaqlarını bildiriblər. Sülhməramlılar bir gecə onları dilə tutub, bizə silah işlətməyə imkan vermədən, yalnız bir gündən sonra ərazidən çıxarıblar. Bu əhvalatın məsuliyyətini Şuşadakı səlahiyyətli hərbiçilər necə həll edib, özləri bilər, söhbət ondadır ki, belə bir boşluq niyə yaransın? Özünü ədəbiyyat müəllimi kimi qələmə verən erməni Şuşanın ortasına necə gəlib çıxır? Tutulanda da “evimə baxmağa gəlmişdim” deyə ürəkli izahat verir. Həmçinin postumuza qumbara atan Mirzoyanın sonrakı taleyi necə oldu?”,-deyə İlham İsmayıl bildirir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*