?>
Qarabağ İslam Torpağıdır

Erməni işğalından azad etdiyi torpaqlarımızda namaz qılan igidimiz – Video

İmam Əli (əleyhi səlam) namaz barədə buyurur: “Namaza riayət edin! O, möminin meracı, dinin sütunudur. Qiyamətdə bəndədən öncə soruşulan sorğu da namaz haqqında olacaq. Bəndənin namazı qəbul olduğu təqdirdə, digər əməllər də qəbul olur. Qəbul edilməyib hesaba alınmadıqda isə heç bir əməl insan üçün faydalı olmaz. Onu qoruyun (onu vaxtında qılmaq fəzilətlindən xəbərsiz olmayın). Çoxlu namaz qılın! Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki, Quranda buyurulduğu kimi: “Namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir.”( Nisa surəsi, 103-cü ayə)


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İslam dinində bəndəçiliyə böyük əhəmiyyət verilir. İslam dini insanın bəndəçilik məqamına çatması üçün Allah Təalaya ibadət etməyi vacib bilir. İbadətin isə ən gözəl formasını namaz bilir. Belə ki, Qurani Kərimdə Allah Təala namazın islahedici təsiri haqqında buyurub:

“Həqiqətən insan (sərvətə) çox həris (tamahkar və hövsələsiz) yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparır, bir xeyir nəsib olduqda isə xəsis olur. Daim namaz qılanlar isə istisnadır!”(Məaric surəsi, 19-22-ci ayələr)

İnsanları hidayət etməkdən ötrü göndərilən, sülh və mərhəmət dini olan İslamda heç bir halda və heç bir şəraitdə namazın tərk olunmasıına icazə verilmir. Diqqətsizlik, məsuliyyətsizlik, səhlənkarlıq üzrü ilə namazı tərk etmək adlı hüquq heç bir bəndəyə verilməyib. “Namazlarından qafil olanarın (səhlənkarlıq üzündən namazı vaxtında qılmayanların) vay halına! (Maun surəsi, 4-5-ci ayə) ayəsi də məhz buna aydın dəlildir.

Namaz istisnasız olaraq yerinə yetirilməsi vacib olan yeganə ibadətdir. Yəni namaz hətta insan ölənədək hər bir şəraitdə ona vacibdir. Çünki, o, insanı çirkin əməllərdən, pisliklərdən qoruyan güclü amildir. Bax elə buna görə də namaz dinin sütunu hesab olunur. Məhz buna görə də hədislərdə buyurulur ki, əgər namaz Allah dərgahında qəbul olarsa bəndənin digər əməlləri də qəbul olacaq.

İmam Sadiq (əleyhi səlam) buyurub: “Bizim şəfaətimiz heç vaxt namazı yüngül sayanlara şamil olmaz”( Vəsailüş-şiə, c:3, s. 17)

İmam Əli (əleyhi səlam) namaz barədə buyurur: “Namaza riayət edin! O, möminin meracı, dinin sütunudur. Qiyamətdə bəndədən öncə soruşulan sorğu da namaz haqqında olacaq. Bəndənin namazı qəbul olduğu təqdirdə, digər əməllər də qəbul olur. Qəbul edilməyib hesaba alınmadıqda isə heç bir əməl insan üçün faydalı olmaz. Onu qoruyun (onu vaxtında qılmaq fəzilətlindən xəbərsiz olmayın). Çoxlu namaz qılın! Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki, Quranda buyurulduğu kimi: “Namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir.”( Nisa surəsi, 103-cü ayə)

Aşağıda müşahidə eədəcəyiniz videoda gördüyünüz Hüsynçi əsgərimiz erməni işğalından azad etdiyi ərazilərdə, müharibə şəraitində, qarlı havada, soyuq və şaxtalı vaxtda, imkanatın sıfır həddində belə namazına əhəmiyyət verərək onu əvvəl vaxtında qılır. Həqiqətən də İkinci Qarabağ Müharibəsi belə əsgərlərin timsalında qələbə ilə Azərbaycan xalqının xeyrinə sonunclandı.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*