?>
Qərb Xəbərləri - Fransa

Emanuel Makron “Fransa Müsəlman Şurası”nı ləğv etdi

Emanuel Makron “Fransa Müsəlman Şurası”nı ləğv etdi

Fransa hökuməti 20 il fəaliyyət göstərən və ölkədaxili qarşıdurmaların və mübahisələrin şahidi olan Fransa Müsəlmanları Şurasının əvəzinə “Fransa İslam Məclisi” adlı qurumun yaradıldığını elan edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fransa hökuməti, ölkədəki müsəlmanların bir sıra İslam birliklərinin hüquq və vəhdət üçün təhdid hesab etdikləri “İslami Əsaslar Xartiyası” adlı sənədi Fransada həyata keçirmək üçün Fransa Müsəlmanları Şurasını İslam Məclisi adlı qurumla əvəz edib.

Fransa hökuməti 20 il fəaliyyət göstərən və ölkədaxili qarşıdurmaların və mübahisələrin şahidi olan Fransa Müsəlmanları Şurasının əvəzinə “Fransa İslam Məclisi” adlı qurumun yaradıldığını elan edib.

Plan Fransa prezidenti Emanuel Makron tərəfindən təsdiqlənib və Fransada son illərdə əyalət səviyyəsində keçirilən görüşləri tamamlamaq üçün yaxın vaxtlarda ölkədəki müsəlmanların nümayəndələri ilə İslam Məclisi adlı konfrans keçiriləcək.

Fransa Müsəlman Şurasının rəhbəri Məhəmməd Musəvi də İslam Məclisinin formalaşmasını dəstəklədiyini açıqlayaraq, şuranın artıq fəaliyyətini davam etdirə bilməyəcəyini və buraxılması lazım olduğunu bildirib; Bununla belə, nə qədər İslam birliyinin yeni quruma qoşulmağa hazır olduğu hələlik bəlli deyil.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*