?>
Qarabağ İslam Torpağıdır

Düşmənin artilleriya atəşləri altında “Hacı! Ay Hacı! Salamatçılıqdırmı orda?”-deyə səslənən hərbiçimiz – Video

Müşahidə edəcəyiniz videoda aydın görünür ki, oliqarxlar, ateistlər, üzdəniraqlar, manıslar və s-dən fərqli olaraq İkinci Qarabağ Müharibəsində dindar təbəqənin üzüvləri aktiv iştirak ediblər. Azərbaycan ordusunun mövqeyi yağı düşmən qüvvələrinin ağır artilleriya atəşinə tutulmuşdur. Özlərinə sığınacaq tapan hərbiçilərdən biri, Hac ziyarətinə gedib qayıdan digər hərbiçi yoldaşını “Hacı! Hacı! Salamatçılıqdırmı orda!” deyərək vəziyyəti müəyyənləşdirir...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, “böyük qüdrətlərin” anti-İslam hədəfləri ilə başlatdıqları İkinci Qarabağ Müharibəsi heç də düşmən qüvvələrinin istədiyi nəticəni vermədi. Azərbaycan Respublikasının hərbiçiləri, Allah Təalanın onlara bəxş etdiyi xüsusi inayətilə bu müharibəni müqəddəsləşdirə bildilər.

Heç şübhəsiz ki, Allah Təalaya, Quran Kərimə, həzrəti Rəsulləllaha (səlləllahu əleyhi və alih) və Əhli-beytə (əleyhimus səlam) olan bağlılıqdan və eşqdən qaynaqlanan eşq həqiqi eşqdir. Azərbaycan Xalqının vətəninə olan eşqi məhz Allah Təalaya, Qurana, Peyğəmbər və Onun Pak Əhli Beytinə olan eşqdən qaynaqlandığı üçün həqiqi eşqdir. Buna görə də Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsində də oliqarxlar, ateistlər, üzdəniraqlar, manıslar və s-dən fərqli olaraq dindar təbəqənin üzüvlərindən olan kərbalayılar, məşhədilər və hacılar silaha sarınaraq vətənin keşiyində durmağı və işğal olunmuş ərazilərimizi erməni düşmən qüvvələrinin caynağlarından azad etməyi özlərinə həm şəri həm də vətəndaş hüququ bildilər...

Azərbaycanın igid və qeyrətli oğulları “Allahu Əkbər!”, Ya Zəhra!, Ya Zeynəb!,“Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edir, düşmənin qəlbinə xof bə vəhşət salırdılar...

Müharibə dönəmindən öncəki günlərə nisbətdə daha da fərqli olaraq, 44 günlük müharibə vaxtında Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparılmasına baxmayaraq, Azərbaycan xalqı, düşmənlərin bütün səylərini puça çıxartdı...

Müşahidə edəcəyiniz videoda aydın görünür ki, oliqarxlar, ateistlər, üzdəniraqlar, manıslar və s-dən fərqli olaraq İkinci Qarabağ Müharibəsində dindar təbəqənin üzüvləri aktiv iştirak ediblər. Azərbaycan ordusunun mövqeyi yağı düşmən qüvvələrinin ağır artilleriya atəşinə tutulmuşdur. Özlərinə sığınacaq tapan hərbiçilərdən biri, Hac ziyarətinə gedib qayıdan digər hərbiçi yoldaşını “Hacı! Hacı! Salamatçılıqdırmı orda!” deyərək vəziyyəti müəyyənləşdirir...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*